Məktəblilər arasında DAVA: yaralanan var


Məktəblilər arasında DAVA: yaralanan var

Zaqatalada bıçaqlanma olub.

 

Sfera.az lent.az-a istinadla xəbər verir ki, hadisə aprelin 2-də axşam rayonun Əliabad qəsəbəsində baş verib.

 

Qəsəbə sakini, 2008-ci il təvəllüdlü N.Z. ilə 2009-cu il təvəllüdlü K.Q. arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib.

 

Mübahisə zamanı N.Z. bıçaqla K.Q-yə xəsarət yetirib.

 

Xəsarət alan şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Qeyd edək ki, hər iki yeniyetmə məktəbli olub.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR