"Azərbaycanda məscidi də, kilsəni də, sinaqoqu da dövlət tikir" - Ceyhun Məmmədov

"Azərbaycanda məscidi də, kilsəni də, sinaqoqu da dövlət tikir" - Ceyhun Məmmədov

“Təkcə Ermənistan ərazisində 400-ə yaxın məscid, 500 qəbiristanlıq dağıdılıb. Eyni zamanda Qarabağda 67 məscid məhv edilib.  Hətta yeganə pravoslav kilsəsi belə dağıdılıb".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov deyib.

 

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanı Qarabağda yaşayan ermənilərin hüquqlarını pozmaqda ittiham edənlər 30 il ərzində ölkədə məscidlərin dağıdılmasına, içərisində donuz və inək saxlanılmasına hər zaman göz yumublar və indi də eyni siyasət davam edir. 

 

Onun sözlərinə görə, Azərbaycan azsaylı ölkələrdəndir ki, burada məscidi də, kilsəni də, sinaqoqu da dövlət tikir:

 

“Azərbaycan müsəlman ölkəsi olsa da, heç zaman məscidi kilsə və sinaqoqdan ayırmayıb. Onlara hər zaman bərabər münasibət sərgiləyib. Bu reallığı artıq bütün dünya qəbul edib. Yaxşı olar ki, komissiya və departamentlər gözlərini açıb həqiqəti görsünlər. Azərbaycana qarşı bu cür kampaniya və təxribatlara son qoymağın vaxtı çoxdan çatıb. Onlar onsuz da heç zaman çirkin məqsədlərinə nail ola bilməyəcəklər. Bunun üçün sadəcə gözlərini açıb həqiqəti görməlidirlər. Həqiqət isə birdir”,-millət vəkili bildirib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Kəlbəcərə gedən yolda maşın aşdı

Göygöl-Toğanalı-Kəlbəcər yolunda minik maşını aşıb.   Sfera.az bildirir ki, hadisə rayonun Aşıqlı kəndindən keçən hissəsində qeydə alınıb. Rayon saki...

“Baku City Residences” “Dayanıqlı inşaat şirkəti mükafatı”na LAYİQ GÖRÜLDÜ

Azərbaycanın daşınmaz əmlak sektorunda qabaqcıl şirkətlərdən olan “Baku City Residences” daha bir mükafata layiq görülüb.   Sfera.az xəbə...

Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişdi

Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişib.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Kredit büroları haqqınd...

Vanqanın yeni proqnozu üzə çıxdı - Bu ilin iyul ayı və 5 il sonra...

Yaponiyalı manqa yazıçısı (həm yazıçı, həm də rəsam ola bilən, yapon üslubunda şəkilli hekayələr yaradan sənətçidir - red.) Ryo Tatsuki illər öncə verdiyi qeyri...

Cəlilabadda mebel fabrikinin işi dayandırıldı

Cəlilabadda yanğın təhlükəli mebel fabrikinin fəaliyyəti dayandırılıb.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib. &nb...

Övladlığagötürmə ilə bağlı yenilik - FƏRMAN

"Elektron məhkəmə” informasiya sistemi “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə inte...