Atəşkəsi əldə etmək çətinləşir: ABŞ 20 apreli, Rusiya iyunu işarə edir

Atəşkəsi əldə etmək çətinləşir: ABŞ 20 apreli, Rusiya iyunu işarə edir

ABŞ Prezidenti Donald Tramp Rusiyanı 30 günlük ümumi atəşkəsə razı sala bilmədiyi kimi, Avropa ilə münasibətlərini də gərginləşdirib. O, Rusiya Prezidenti Vladimir Putinə sərt mesaj göndərərək, çox qəzəbli olduğunu bildirib.

 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tramp atəşkəsin əldə edilməməsinə görə Rusiyaya qarşı qəzəbli olduğunu ifadə edib:

 

"Rusiyaya çox qəzəbliyəm və hiddətliyəm. Ukrayna lideri Zelenskinin qanuni rəhbər olub-olmamasını sual altına almaq absurddur. Səbrimin bir sərhədi var. Əgər atəşkəs üçün müəyyən etdiyim vaxt keçərsə, istəksiz olsam da, Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcəyəm".
ABŞ prezidenti Ukraynada atəşkəs üçün son tarixin 20 aprel olduğunu da qeyd edib.

 

Trampın Putinə qarşı sərt bəyanatından əvvəl ABŞ-nin Florida ştatında maraqlı bir görüş baş tutub. Finlandiyanın Baş naziri Aleksandr Stubb şənbə günü Trampın iqamətgahına gedərək onunla 7 saat boyunca qolf meydanında müzakirə aparıb. Stubb Avropanın ABŞ-nin Rusiyaya qarşı siyasətindən narahat olduğunu vurğulayıb və ABŞ-nin Arktikada yaratmaq istədiyi buzqıran donanmasına dəstək verəcəyini vəd edib. 

 

Stubb daha sonra Londona yollanaraq Britaniya Baş naziri Keir Starmer ilə görüşüb. Görüşdən sonra Starmer Trampa zəng edərək, Avropanın 31 ölkəsinin Ukraynanın işğalına qarşı çıxdığını və Rusiyanın müharibəni qazanmasına imkan verməyəcəklərini bildirib.

 

Tramp Rusiyaya qarşı sərt açıqlamalar verdiyi bir vaxtda Kremlin oliqarx dairələri hərəkətə keçib. ABŞ-dəki iş adamları ilə gizli görüşlər keçirən və Trampın Rusiyaya loyal mövqe tutmasına təsir edən Putin tərəfdarı Kirim Dmitriyev “Rusiya ilə ABŞ iş adamları arasında Rusiyadakı nadir mədənlərin işlənməsi ilə bağlı danışıqlar başladılıb” deyə açıqlama verib.

 

Trampın “Atəşkəs üçün səbrimin həddi var” sözlərinə isə Rusiyadan yeni bir cavab gəlib. Rusiya Beynəlxalq Münasibətlər Şurasının rəhbəri Andrey Kortunov atəşkəs üçün ən real tarixin iyun ayının ortaları ola biləcəyini deyib:

“20 aprelə 3 həftə qalıb. Bu müddətdə razılaşma əldə etmək çox çətindir. Atəşkəsin ən məntiqli tarixi iyunun ortalarıdır”.

 

Analitiklərə görə, Rusiyanın bu mövqeyi cəbhədə zaman qazanmaq taktikasıdır.

 

Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Kəlbəcərə gedən yolda maşın aşdı

Göygöl-Toğanalı-Kəlbəcər yolunda minik maşını aşıb.   Sfera.az bildirir ki, hadisə rayonun Aşıqlı kəndindən keçən hissəsində qeydə alınıb. Rayon saki...

“Baku City Residences” “Dayanıqlı inşaat şirkəti mükafatı”na LAYİQ GÖRÜLDÜ

Azərbaycanın daşınmaz əmlak sektorunda qabaqcıl şirkətlərdən olan “Baku City Residences” daha bir mükafata layiq görülüb.   Sfera.az xəbə...

Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişdi

Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişib.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Kredit büroları haqqınd...

Vanqanın yeni proqnozu üzə çıxdı - Bu ilin iyul ayı və 5 il sonra...

Yaponiyalı manqa yazıçısı (həm yazıçı, həm də rəsam ola bilən, yapon üslubunda şəkilli hekayələr yaradan sənətçidir - red.) Ryo Tatsuki illər öncə verdiyi qeyri...

Cəlilabadda mebel fabrikinin işi dayandırıldı

Cəlilabadda yanğın təhlükəli mebel fabrikinin fəaliyyəti dayandırılıb.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib. &nb...

Övladlığagötürmə ilə bağlı yenilik - FƏRMAN

"Elektron məhkəmə” informasiya sistemi “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə inte...