İmamoğlunun telefonu araşdırıldı - şokedən nəticələr


İmamoğlunun telefonu araşdırıldı - şokedən nəticələr

İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun polisə təhvil vermədiyi ikinci mobil cihazının HTS qeydləri əldə olunub.

 

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, onun eyni istintaqda həbs edilən şübhəlilərlə sıx ünsiyyətdə olduğu müəyyən edilib.

 

İstanbul Prokurorluğun məlumatında onun "İmamoğlu İnşaat"a 50 milyon TL köçürdüyü iddia edilən Hüseyn Köksalla beş dəfə görüşdüyü vurğulanıb.

 

Onun eyni istintaqda həbs edilən "Kültür AŞ"nin keçmiş baş direktoru Serdal Taşkınla 8, Murat Abbasla 11, İBB Əmlak İdarəetmə Departamentinin rəhbəri Kağan Sürmegözlə iki dəfə görüşdüyü müəyyən edilib.

 

İmamoğlu istintaq faylında "təşkilatın idarəçilərindən biri" kimi qələmə verilən Fatih Keleşlə 135, "Media Inc" İdarə Heyətinin sədri Murat Ongun ilə 521, İPA sədri Buğra Gökçe ilə 38, Necati Özkanla 469 dəfə görüşdüyü qeyd edilib.

 

Qeyd edək ki, HTS, məhkəmə istintaqlarında hakim və prokurorların tələbi ilə insanların telefon danışıqlarının və siqnallarının araşdırılmasıdır. Telekommunikasiya vasitəsilə əldə edilən məlumatlar məhkəmə araşdırmalarında aydınlaşdırıcı məlumat kimi istifadə olunur.


OXŞAR XƏBƏRLƏR

Suriya Prezidentinin türmədə çəkilən şəkilləri yayılıb - FOTO

Suriyanın Prezidenti Əhməd Şaranın ABŞ işğalı dövründə İraqda yerləşən Taçi həbsxanasında saxlandığı və həmin vaxt çəkilmiş fotolarının yayımlanması böyük rezon...

Elm adamları ABŞ-ni tərk edir - Avropa bu fürsəti dəyərləndirmək istəyir

Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın elmi siyasətləri nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan alimləri qəbul etməyə hazır olduqlarını bildi...

Məhkəmə tiktoker "Xozeyn"lə bağlı QƏRAR VERDİ

Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimovun həbs müddəti uzadılıb.   ...

Çin Zelenskinin dediklərini təkzib etdi: "Ukrayna məsələsində mövqeyimiz aydındır"

Çin hökuməti Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin Rusiyaya silah və barıt tədarük etməsi ilə bağlı səsləndirdiyi iddiaları cümə günü rəsmən təkzib e...

Azərbaycana gələn turistlərin sayı azalıb

Bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.1 faiz azalaraq 508 min nəfər olub.    Sfera.az ...

İran prezidenti bu tarixdə Azərbaycana gəlir

Aprelin 27-də İran prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Ticarət, Sənaye...