Sabun ömrü QISALDIR

Sabun ömrü QISALDIR

Alimlər antibakterial sabunlardan istifadənin insanların ömrünü qısaltdığını bildirirlər.

Sfera.az publika.az-a istinadən bildirir ki, tədqiqatın nəticələrinə görə, sabundakı antibakterial və gigiyenik təsirli kimyəvi tərkiblər ömrü qısaldır. Siçovulların üzərində aparılmış təcrübə nəticəsində məlum olub ki, yedirmə dövründə triklokarban maddəsinin təsirinə məruz qalan siçovulların ömrü nəzərə çarpacaq dərəcədə qısalır.

Tədqiqata əsasən inkişafın erkən mərhələsində - laktasiya dövründə orqanizm triklokarbanın neqativ təsirinə məruz qalır. Alimlərə görə, triklokarban kişi cinsindən olan siçovullarda artıma və cinsiyyət orqanlarının inkişafına mənfi təsir göstərə bilər. Mütəxəssislər tədqiqat nəticəsində yedirmə dövründə və ya ana bətnində bunun nəslə təsir edə biləcəyini müəyyən etməyə çalışıblar.

Alimlər hamiləlik dövrünə görə siçovulları (siçovullarda 21 gün davam edir) iki qrupa bölüblər. Birinci qrupu adi yemlə yediriblər, digər qrupun yeməyinə triklokaban əlavə ediblər. İkinci qrup siçovulların qanında 0,6 faiz triklokarban müşahidə olunub, bu, 15 dəqiqə ərzində duş qəbul etmiş insanın qanındakı triklokarban maddəsinin miqdarına uyğundur. Nəticədə məlum olub ki, qida vasitəsilə kimyəvi maddə qəbul edən siçovulların ömrü daha qısadır. Bundan başqa, alimlər kimyəvi maddənin zərərli təsirini məhz yedirmə dövrü ilə əlaqələndirirlər.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...