Ermənistanın məğlubiyyətinə az qaldı - Böyük qayıdış başlayır

Ermənistanın məğlubiyyətinə az qaldı - Böyük qayıdış başlayır

2016-cı ilin aprel ayında Azərbaycan Ordusu minlərlə hektar ərazini erməni işğalından azad etdi. O cümlədən ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı zamanı Lələ Təpə yüksəkliyinin erməni işğalından azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün oldu.

Bununla əlaqədar ötən gün Prezident İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzaladı.

Sərəncama əsasən, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evi, məktəb binası və müvafiq infrastruktur inşa olunacaq. Bu işlərə ilkin olaraq 4 milyon manat ayrılıb.

Xatırlatma: 1994-cü ildə Horadiz əməliyyatı zamanı Milli Ordumuz şəhər mərkəzinə və Xudafərin körpüsü istiqamətində irəliləsə də, Cəbrayılın yalnız Cocuq Mərcanlı kəndi azad olundu. 2016-cı ilin aprelində isə kəndin ərazisindəki Lələ Təpə yüksəkliyi işğaldan azad edilib.

Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın təbiət guşələri, mineral su mənbələri və s. erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib.

Əlbəttə ki, bərpa işlərindən əvvəl tam təhlükəsiz yaşayışı təmin etmək üçün Cocuq Mərcanlı kəndinin bütün ərazisinin minalardan təmizlənməsi işləri aparılacaq. Çünki uzun müddət erməni gülləbaranı altında olan kəndin ərazisində çoxlu sayda döyüş sursatları və minaların olması ehtimalı yüksəkdir.

Əslində, bu, aprel döyüşlərinin nəticəsi, doğma torpaqlara qayıdışın başlanğıcıdır. Təsadüfi deyil ki, vaxtilə Cocuq Mərcanlı kəndində yaşayan 400 ailədən təqribən yarısı doğma yurdlarına qayıtmaq istəyini bildirib. Bu, hər şeyə sıfırdan başlamaq olsa da, məcburi köçkünlərimizin ən böyük arzusunun öz el-obalarına qayıtmaq olduğunu göstərir. Bu böyük arzu gec-tez tamamilə həyata keçəcək və dövlət başçımızın belə sərəncamları hələ çox olacaq.

Təbii ki, Azərbaycan Prezidenti qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir çox tədbirlər görüb, müvafiq fərman və sərəncamlar imzalayıb və bu siyasət indi də davam edir. Lakin insana öz doğma yerindən, doğulduğu torpaqdan əziz heç nə ola bilməz və torpaq həsrətini heç nə ilə əvəzləmək mümkün deyil.

Həmçinin bu sərəncam Prezident İlham Əliyevin Azərbaycanın haqq işinə, torpaqlarımızın erməni işğalından azad edilməsi siyasətinə sədaqətini bir daha göstərir. Bu mənada, Cəbrayıl rayonunun girişi sayılan Cocuq Mərcanlının bərpası Ermənistana ciddi işarədir - biz zaman-zaman bütün ərazilərimizi şübhəsiz ki, işğaldan azad edəcəyik və doğma torpaqlarımıza qayıdacağıq.

Ermənistan öz aqibətini çox gec də olsa, düşünməlidir. Artıq hər ötən gün Ermənistanı məğlubiyyətə bir qədər də yaxınlaşdırır. Ermənistanın cinayətkar rəhbərliyi son dönəmlərdə cərəyan edən siyasi, hərbi, iqtisadi proseslərdən nəticə çıxarmalıdır: Azərbaycan ərazilərini işğal etməklə son 25 ildə nə qazandı? Heç şübhəsiz ki, itkiləri qazancından - o da əgər varsa - qat-qat çoxdur.(milli.az)


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...