Putin qərar verdi: Hipersəs nüvə sualtı qayığı suya buraxıldı

Putin qərar verdi: Hipersəs nüvə sualtı qayığı suya buraxıldı

Rusiyada hipersəs raketləri ilə təchiz edilmiş “Perm” nüvə sualtı qayığı suya buraxıldı. Prezident Vladimir Putin mərasimdə çıxış edib.

 

Sfera.az “NTV”yə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Murmansk limanında Atomflotu ziyarət edib. O, dünən axşam saatlarında baş tutan bu ziyarət zamanı videokonfrans vasitəsilə Severodvinsk şəhərində dördüncü nəsil çoxməqsədli nüvə sualtı qayığı olan “Perm”in suya buraxılması mərasiminə qatılıb.

 

Mərasimdə çıxış edən Putin sualtı qayığın istehsalında iştirak edən komandalara təşəkkür edib:

 

“Bu gün ‘Perm’ nüvə enerjili çoxməqsədli sualtı qayığı əfsanəvi Sevmash gəmiqayırma zavodunda suya buraxılır. Biz müasir raket sualtı qayıqlarının seriyalı istehsalına davam edirik. Gələn il onun döyüş xidmətinə qoşulması gözlənilir”.

 

Putin bildirib ki, “Yasen-M” tipli raket sualtı qayıqları son texnologiya ilə təchiz edilmiş naviqasiya və rabitə sistemlərinə, eləcə də müasir sonar avadanlıqlarına malikdir. O əlavə edib:

 

“Bunlar yüksək dəqiqlikli silahlar və robot sistemləri daşıyır. ‘Perm’, ‘Zircon’ hipersəs qanadlı raketləri daşıyan ilk çoxməqsədli sualtı qayığa çevrildi”.

 

Rusiya lideri ölkənin donanmasını gücləndirməyə davam edəcəklərini, müasir silahlar, qabaqcıl texnologiyalar və rabitə sistemləri ilə təchiz olunan döyüş gəmiləri və sualtı qayıqların istehsal tempinin və miqyasının artırıldığını vurğulayıb.

 

Putin sözlərinə əlavə edib:

 

“Bu sualtı qayıqlar və döyüş gəmiləri donanmamızın gücünü artıracaq, Rusiyanın dəniz sərhədlərinin təhlükəsizliyini möhkəmləndirəcək və Şimal Dənizi marşrutunu qoruyacaq. Onlar artan qlobal rəqabət fonunda Arktika bölgəsi də daxil olmaqla, Rusiyanın milli maraqlarını qorumağa kömək edəcək. Biz Rusiyanın ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək və onu aparıcı dəniz dövləti kimi inkişaf etdirmək üçün əlimizdən gələni etməyə davam edəcəyik”.

 

Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Kəlbəcərə gedən yolda maşın aşdı

Göygöl-Toğanalı-Kəlbəcər yolunda minik maşını aşıb.   Sfera.az bildirir ki, hadisə rayonun Aşıqlı kəndindən keçən hissəsində qeydə alınıb. Rayon saki...

“Baku City Residences” “Dayanıqlı inşaat şirkəti mükafatı”na LAYİQ GÖRÜLDÜ

Azərbaycanın daşınmaz əmlak sektorunda qabaqcıl şirkətlərdən olan “Baku City Residences” daha bir mükafata layiq görülüb.   Sfera.az xəbə...

Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişdi

Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişib.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Kredit büroları haqqınd...

Vanqanın yeni proqnozu üzə çıxdı - Bu ilin iyul ayı və 5 il sonra...

Yaponiyalı manqa yazıçısı (həm yazıçı, həm də rəsam ola bilən, yapon üslubunda şəkilli hekayələr yaradan sənətçidir - red.) Ryo Tatsuki illər öncə verdiyi qeyri...

Cəlilabadda mebel fabrikinin işi dayandırıldı

Cəlilabadda yanğın təhlükəli mebel fabrikinin fəaliyyəti dayandırılıb.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib. &nb...

Övladlığagötürmə ilə bağlı yenilik - FƏRMAN

"Elektron məhkəmə” informasiya sistemi “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə inte...