“Üst dad” kolbasaları ilə bağlı İTTİHAM – Keçmiş işçi ŞOK FAKTLAR AÇIQLADI

“Üst dad” kolbasaları ilə bağlı İTTİHAM – Keçmiş işçi ŞOK FAKTLAR AÇIQLADI
"Üst dad”ın məsul şəxsi: "Sən yerini denən, mən o Zəhranı da gətirib ora başa salım”
 
Şirkətin keçimiş işçisi Zəhra Abbasova”Üst dad”kolbasaları ilə bağlı Unikal.org-a şok faktlar açıqlayıb.
 
O, qeyd edib ki, bir müddət adıçəkilən firmada çalışıb və qarşılaşdığı qanunsuzluqlara görə işdən ayrılmaq məcbburiyyətində qalıb:”Bizi məcbur edirdilər ki, marketlərdən "vozvrat” olunan vaxtı keçmiş məhsulların üzərinə yeni tarix yapışdıraq. Dəfələrlə mən buna etiraz etdim. Bildirdim ki, insanları bu şəkildə aldatmaq olmaz. Bu məshulları azyaşlı uşaqlar da yeyir. Camaatın balasını zəhərləyib öldürərsiniz. Keçən il dekabr ayının 19-da 9-cu mikrarayonda yerləşən "Bolmart” marketə bir aydan çox vaxtı keçmiş məhsullar satılıb. Kaptit olunmuş kolbasaların rəngi ağardısa, onu vitrindən çıxarmırlar. Üstünü zeytun yağı ilə silirlər ki, kifi təmizlənsin. Mən məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinə şikayət etdim. Təşkilat nümayəndələri baxış keçirdilər. Özləri məsələnin şahidi oldular. Mən işdən çıxandan sonra məlumat aldım ki, işçilərə kolbasaları zeytun yağı ilə silməmək tapşırığı verilib. Mən orada iyrəndiyimdən az qaldı xəstəliyə tutulum”.
 
Şikayətçi bildirir ki, işə qəbul olunarkən onunla əmək müqaviləsi belə bağlanmayıb:”İşçini bir aydan artıq işlətmirlər. Həvəsləndirib işə çağırırlar, bir ayı tamam olan kimi deyirlər ki, maaşa yox, faizə işləyirsən, alver yoxdur. Mən keçən il dekabrın 4- ü işə qəbul olmuşam. Nə maaşı vaxtında verirdilər, nə də avansı. Axırda məlum oldu ki, mənim işə qəbul olunmağımdan firma rəhbərliyinin xəbəri yoxdur”.
 

Image result for eyyub hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Unikal.org-a bildirib ki, vətəndaşın şikayəti ilə bağlı İqtisadiyyat nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə rəsmi müraciətlər göndərilib.
 
Məsələ ilə bağlı qarşı tərəf olaraq şirkətin mövqeyini öyrənmək üçün məhsulların üzərində qeyd olunan nömrə ilə əlaqə saxladıq. Özünü məsul şəxs kimi təqim edən Abbasov soyadlı şəxsin dediklərini olduğu kimi diqqətinizə çatıdırırıq: "Biz o qədər şərəfimizi itirməmişik ki, məhsulun üzərindəki tarixi dəyişdirək. Biz istehsalçıyıq bazara mal satırıq. O mal dükanda olur və bizim o məhsulu yenidən görmək şansımız yoxdur. Mağazada xarab olanda da zibilliyə atılır. Bir nəfərin dedikləri ilə şirkət haqqında pis fikrə düşmək yaxşı deyil. Biz özümüzü tanıyan insanlarıq. Bu şirkəti mən atam, anam üşün qurmamışam. Onlar oturub Naxçıvanda pensiyaları ilə dolanırlar. Biz heç zaman vicdanımızı satmarıq. Bir neçə nəfərin bizdən şikayəti başadüşüləndir. Hamı bizdən razı qala bilməz”.
 
Şirkət təmsilçisinin adını və vəzifəsini soruşduqda O, kobud şəkildə cavab verərək fikirləri belə ifadə edib:” Sən mənimlə görüşmək istəyirsən, yoxsa dediklərimi "Zapis” edirsən. Sən yerini denən, mən o Zəhranı da gətirib ora başa salım. Bu qədər mənim üstümə gəlmək xoşuma gəlmir”.
 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Avropada enerji böhranı - Bu iki ölkə işıqsız qaldı - FOTOLAR

İspaniya və Portuqaliyanın böyük hissəsində baş verən elektrik kəsintisi nəticəsində telekommunikasiya şəbəkələri çöküb, metro və nəqliyyatda ciddi nasazlıqlar ...

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki, ...

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların ...

İran Prezidenti: “Yaxın gələcəkdə yenidən Azərbaycana gələcəm” - VİDEO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək.   Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbayc...