Göyçayda özbaşınalıq: Kommunal Təsərrüfat İdarəsi müdiri maaşları necə yeyir?- Faktlar

Göyçayda özbaşınalıq: Kommunal Təsərrüfat İdarəsi müdiri maaşları necə yeyir?- Faktlar
Göyçay rayon sakinləri tərəfindən Politika.Az-a şikayət məktubu ünvanlanıb

Bu şikayət məktubunda bildirilir ki, Göyçay Kommunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyevin başı korrupsiya əmələrinə qarışıb. Ona görə də Göyçay şəhərinin küçələrini zibillik basıb. 

Rayon sakinləri - Əliyev Zaman Sabir oğlu, Məmmədov Tahir Gülağa oğlu, Qasımov Əlsaab Davud oğlu, Hüseynov Rəsul Akif oğlu, Beydullayev Bəhruz Fərhad məktubda qeyd edib:

"Antisanitariya baş alıb gedir. Azyaşlı uşaqlar zibillikdə oynayır, küçə itləri çoxalıb. Göyçay Kommunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyevin saxtakarlığı ilə dövlət büdcəsi də talan edilir”. 

Sakinlər qeyd edirlər ki, adı Göyçay rayon Kommunal Təsərrüfat İdarəsində gedən ancaq maaş kartları Loğman Əliyevin cibində olan 40 yaxın işçi var: 

"Hər ay Göyçay rayon sakinlərindən hər evdən ayda zibil pulu adı ilə 1 manat pul yığılır ki, bu da ayda 15.000 manatdan çox pul edir. Çünki Göyçay şəhərində 15-20 000 arası ev var.

Loğman Əliyev hətta, işə qəbul adı ilə Sevda adlı rayon sakinin sənədlərini alıb işçi kimi qəbul edib, onun xəbəri olmadan maaşını mənimsəyib. Həmin qadına isə bildirib ki, sizi işə götürmək mümkün olmadı. 

Bundan sonra həmin qadının ünvanlı sosial yardım almaq üçün sənədlərini "VEMTAS" sistemi ilə qəbul edirlər. 3 ay sosial yardım alandan sonra müəyyən edilir ki, Sevda adlı qadının adı Göyçay rayon Kommunal Təsəsrrüfat İdarəsində işdə gedir və hər ay maaş alır. 

Bu məlumat "VEMTAS" sistemində əldə olunan kimi Sevda xanıma verilən sosial yardım dayandırılır. Sevda xanım Göyçay Kommunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyevin bu cinayət əməli barədə şikayət etsə də heç bir tədbir görülmür”.

Sakinlər deyirlər ki, Loğman Əliyev belə cinayət əməllərindən sığortalanmağın mahir ustasıdır: "O, dəfələrlə məhkum edilib. Hətta axırıncı dəfə 6 il müddətində azadlıqdan məhrum etmə cəzasına görə Ali Məhkəməyə 100.000 rüşvət verib bəraət alıb azadlığa çıxa bilmişdir. 

Fakt isə budur ki, cinayət əməlləri ilə məşğul olan Loğman Əliyevin yarıtmaz fəaliyyəti nəticəsində Göyçay şəhər küçələri zibilliyə qərq olub anitisanitariya baş alıb gedir”.

OXŞAR XƏBƏRLƏR

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki, ...

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların ...

İran Prezidenti: “Yaxın gələcəkdə yenidən Azərbaycana gələcəm” - VİDEO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək.   Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbayc...

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub.   Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən x...