"Məcburi köçkünlər ödənişsiz təhsil alacaq"


Dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan məcburi köçkünlər ödənişsiz təhsillərini davam etdirəcəklər.

Sfera.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə.Həsənov xatırladıb ki, 2004-cü ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan məcburi köçkünlər ödənişdən azad olunub: "Bu sərəncam qüvvədə qalır. Yəni, dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan məcburi köçkünlər ödəniş ödəməyəcəklər”.

Baş nazirin müavini qeyd edib ki, bundan başqa məcburi köçkünlər şəxsiyyət vəsiqəsi alınan zaman rüsumdan azaddırlar: "Yəni, onların bu imtiyazları qüvvədə qalır. Eyni zamanda onlar gəlir vergisinin kiçik bir hissəsindən azaddırlar. Həmçinin, 1992-1998-ci illərdə özlərindən asılı olmayaraq hansısa mənzillərə daxil olub yaşayanların mənzillə təmin olunana qədər oradan çıxarılması da yolverilməzdir. Bununla bağlı verilən bütün sərəncamlar qüvvədə qalır”.



OXŞAR XƏBƏRLƏR

Avropada enerji böhranı - Bu iki ölkə işıqsız qaldı - FOTOLAR

İspaniya və Portuqaliyanın böyük hissəsində baş verən elektrik kəsintisi nəticəsində telekommunikasiya şəbəkələri çöküb, metro və nəqliyyatda ciddi nasazlıqlar ...

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki, ...

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların ...

İran Prezidenti: “Yaxın gələcəkdə yenidən Azərbaycana gələcəm” - VİDEO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək.   Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbayc...