Mənzili olan köçkünlər dövlət tərəfindən mənzil almayacaq

Mənzili olan köçkünlər dövlət tərəfindən mənzil almayacaq

Hazırda minlərlə məcburi köçkün müxtəlif təyinatlı obyektlərdə – təhsil müəssisələrinin ərazisində, keçmiş pioner lagerlərdə, yataqxanalarda və s. qalır ki, bu qəbildən olan köçkünlərin yaxın gələcəkdə yeni salınan qaçqın şəhərciklərində mənzillə təmin edilməsi məsələsi gündəmdədir.

Etibarlı mənbənin verdiyi məlumata görə, son bir ildə məcburi köçkünlərin bir çox imtiyazına xitam verən hökumət, onların mənzillə təminatında da yeniliyə imza atacaq. Belə ki, əvvəlki illərdən fərqli olaraq, əmlakında mənzil və ya torpaq sahəsi olan məcburi köçkünlər dövlət tərəfindən veriləcək evdən məhrum ediləcək.

 

Bilgili qaynağın sözlərinə görə, artıq bununla bağlı məcburi köçkünlər arasında ciddi narahatlıq müşahidə edilir. Belə ki, cəmiyyətə sızan bu informasiyanın ardınca bəzi  məcburi köşkünlər "nə olar, nə olmaz” prinsipini əsas götürərək adlarındakı torpaq və evləri "yerli” vətəndaşların adına keçirməkdədir. Lakin mənbə hesab edir ki, bu addım çıxış yolu sayılmaya bilər. Belə ki, mənzillə təmin ediləcək məcburi köçkünlərlə bağlı Dövlət Əmlak Komitəsinə sorğu göndəriləcək ki, bu sorğuda həmin şəxslərin həm mövcud, həm də əvvəlki əmlak vəziyyətləri ilə bağlı bütün informasiya müfəssəl şəkildə əks olunacaq. Hansı ki, həmin informasiyada istənilən məcburi köçkünün hansı tarixdə hansı əmlaka malik olduğu, bunu nə zaman başqasına satdığı və ya bağışladığı öz əksini tapacaq.

Bu baxımdan Azərbaycan reallığında hökumətin bu qərarı zaman baxımından bir qədər geriyə şamil etməsi mümkündür ki, bu da xeyli sayda məcburi köçkünün dövlət tərəfindən verilməsi gözlənilən mənzildən məhrum olması deməkdir.

24saat.org


OXŞAR XƏBƏRLƏR

TikTok yaradıcıları - Onlar poeziyanı təbliğ edir

TikTok müasir dövrün ən nəhəng rəqəmsal platformalarından birinə çevrilib və burada yalnız əyləncəli videolarla deyil, həm də ədəbi dəyərləri yaşadaraq izləyici...

ABB Sahibkarlar Gününü müştərilərlə qeyd etdi

ABB 25 Aprel Sahibkarlar Günü münasibətilə sahibkar müştəriləri üçün tədbir keçirib. Tədbirdə Bankın 50-dən çox korporativ, kiçik və orta biznes müştərisi iştir...

Avropada enerji böhranı - Bu iki ölkə işıqsız qaldı - FOTOLAR

İspaniya və Portuqaliyanın böyük hissəsində baş verən elektrik kəsintisi nəticəsində telekommunikasiya şəbəkələri çöküb, metro və nəqliyyatda ciddi nasazlıqlar ...

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki, ...