Min il sonra insanlar necə olacaq? - Süni intellektin təsviri - FOTOLAR

Min il sonra insanlar necə olacaq? - Süni intellektin təsviri - FOTOLAR

“Google”un süni intellekt görüntü yaradıcısı “ImageFX”, alimlərin proqnozlarına əsaslanaraq 1000 il sonra insanların görünümünü təxmin edib. 
“Galler” Universitetindən professor Robert Bruksun fikrincə, 3025-ci ildə insan beyninin bugünkü ilə müqayisədə daha kiçik olması gözlənilir. 

 


Sfera.az "NTV"yə istinadən xəbər verir ki, alimlərə görə, texnologiya, kosmos səyahəti və iqlim dəyişikliyi insanları tamamilə dəyişdirəcək. 

 

Müasir tibbin inkişafı sayəsində daha çox insan uzun müddət yaşayır və uşaq sahibi olur, bu da gələcəkdə insanların daha qısa boylu olmalarına səbəb ola bilər. Həmçinin, fərqli etnik qrupların qarışması nəticəsində insanların görünüşü daha homojen olacaq.

 

Bundan əlavə, gen düzəlişi texnologiyalarının inkişafı gələcəkdə insanların təkamülü öz əlləri ilə formalaşdırmalarına imkan verə bilər. Hazırda CRISPR-Cas9 kimi texnologiyalarla DNA-nı dəyişdirmək mümkündür, lakin bu, etik olaraq qəbul edilmir. Gələcəkdə bu texnologiyaların yayılması, insanların genetik xüsusiyyətlərinin dəyişməsinə və daha çox qarışıq bir görünüşə səbəb ola bilər. Eyni zamanda, kosmosa köçən insanlarda Marsın aşağı cazibə qüvvəsinə uyğunlaşmaq üçün daha uzun və incə üzvlər inkişaf edəcək. Bu dəyişikliklər insan növünün təkamülündə yeni bir mərhələnin başlanğıcı olacaq. 

 

Bəsti Rəfizadə

 


OXŞAR XƏBƏRLƏR

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...

DİN: Yasamalda baş vermiş partlayışda xəsarət alan yoxdur

Yasamal rayonunda yerləşən kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışda yaralanan olmayıb.   Bu barədə Sfera.az-a Daxili İşl...