"Bu şəxslərin gəlirlərinə 75 faiz güzəşt tətbiq olundu" - Deputatdan AÇIQLAMA

"Bu şəxslərin gəlirlərinə 75 faiz güzəşt tətbiq olundu" - Deputatdan AÇIQLAMA

Bu il fevralın 1-inə olan statistikaya görə, muzdla çalışan işçilərin sayı 1 milyon 757 min nəfər olub. Onlardan 879,5 min nəfəri dövlət sektorunda, 877,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstəriblər.

 

Sfera.az xəbər verir ki, rəsmi statistik müqayisəyə əsasən, bu il yanvarın 1-nə nisbətən fevralın 1-də əmək müqaviləsi ilə çalışanların sayı 21 min 500 nəfər azalıb.

 

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, məşğulluq sferası bu ilin ilk ayına 1 milyon 778 min 500 əmək müqaviləsi ilə daxil olub.

 

Millət vəkilinin sözlərinə görə, eyni zamanda, həm dövlət, həm də özəl sektorda müqavilə ilə çalışanların sayında azalmalar qeydə alınıb. Özəl sektorda müqavilələrin sayında azalma daha çox olub: 18 min 200 nəfər. Dövlət Statistika Komitəsi 1 aylıq müqayisədə dövlət sektorunda əmək müqaviləsi ilə çalışanların sayında 3 min 300 nəfər azalma bəyan edib:

 

"Deməli, 2025-ci ilin ilk ayında əmək müqavilələrinin sayında azalma daha çox özəl sektordakı dəyişikliklər hesabına baş verib. Aydındır ki, əmək müqavilələrin sayı məşğulluğun rəsmilləşdirilməsi və daha çox iş yerlərinin yaradılması baxımdan vacibdir. Dövlət sektorunda əmək müqavilələrinin sayının azalması struktur islahatları ilə bağlı olsa da, özəl sektordakı azalma daha çox mikro sahibkarların yaratdığı iş yerlərinin bağlanması ilə əlaqə olduğu güman edilir".

 

V.Bayramov qeyd edib ki, bu il yanvarın 1-dən etibarən mikro sahibkarlıq fəaliyyəti ilə məşğul olan illik dövriyyəsi 45 min manatdan çox olmayanlar vergi güzəştlərindən faydalanırlar. Həmin sahibkarların gəlirlərinə artıq 75 faiz güzəşt tətbiq olunmağa başlanılıb. 2024-cü ildə isə həmin güzəşti əldə etmək üçün ən azı 3 işçiyə malik olmaq tələbi var idi. Yeni ildən həmin tələb götürüldüyü üçün, güman edilir ki, bu özəl sektorda əmək müqavilələrinin sayının azalmasına səbəb olub.

 

"Digər tərəfdən, əmək müqaviləsi ilə çalışanlar arasında dövlət sektoru yenə də üstünlük təşkil edir. Belə ki, dövlət sektoru ilə müqayisədə özəl sektorda 2 min daha az əmək müqaviləsi qeydiyyatdan keçib. Təbii ki, məşğulluqda özəl sektorun payının artırılması daha prioritet olmalıdır. Özəl sektorun məşğulluğun təminatında və yeni iş yerlərinin yaradılmasında drayverə çevrilməsi olduqca vacibdir",- parlamentari vurğulayıb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...