Husilər ABŞ-nin təyyarədaşıyan gəmisini hədəfə aldılar - "İki dəfə zərbə endirildi"

Husilər ABŞ-nin təyyarədaşıyan gəmisini hədəfə aldılar - "İki dəfə zərbə endirildi"

Yəməndə İran tərəfindən dəstəklənən Husilər, ABŞ-yə məxsus "USS Harry S. Truman" təyyarədaşıyan gəmisini son 24 saat ərzində ikinci dəfə ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə aldıqlarını açıqlayıblar.


Sfera.az "Akşam"a istinadən xəbər verir ki, Husilərin hərbi sözçüsü Yahya Səri verdiyi bəyanatda, ABŞ-nin Yəmənə qarşı hücumlarına cavab olaraq və Bədr döyüşünün ildönümü münasibətilə Qırmızı dənizin şimalında yerləşən təyyarədaşıyan gəmisinə ballistik və qanadlı raketlər, həmçinin PUA-larla hücum təşkil edildiyini bildirib.


Səri qeyd edib ki, bu hücum nəticəsində ABŞ-nin Yəmənə qarşı yeni hücum planı iflasa uğrayıb və raket zərbələrindən sonra ABŞ qırıcı təyyarələri geri çəkilməyə məcbur olub.


Husilərin lideri Abdulmelik əl-Husi isə açıqlamasında, ABŞ-nin hücumlarının qarşılıqsız qalmayacağını, əksinə, hərbi eskalasiyanın daha da artırılacağını vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp martın 15-də "Truth Social" hesabında Yəməndəki Husilərə qarşı “genişmiqyaslı hücum əməliyyatı” keçirmək üçün ordusuna göstəriş verdiyini açıqlamışdı.


Husilər isə ABŞ və Böyük Britaniyanın Səna da daxil olmaqla bir neçə şəhərə təşkil etdiyi hava hücumları nəticəsində 53 nəfərin öldüyünü, 98 nəfərin isə yaralandığını bildiriblər.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...

DİN: Yasamalda baş vermiş partlayışda xəsarət alan yoxdur

Yasamal rayonunda yerləşən kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışda yaralanan olmayıb.   Bu barədə Sfera.az-a Daxili İşl...