Bakıda valyutanın "qara bazarı" yox olmaq üzrədir
Cəmiyyət
14:54 / 24.01.2017
1179
Azərbaycanda son bir ildə valyuta qıtlığı səbəbindən yaranan "qara bazar” artıq yox olmaq üzrədir.
Bunun əsas səbəbləri valyuta bazarında yaranan bolluq və kommersiya banklarının spred, yəni valyuta alış-satışı arasındakı fərqi azaltması amilləri ilə bağlıdır.
Yaxın günlərdə bankların alış-satış məzənnələri arasında fərqi 1 qəpiyə qədər endirəcəyi ehtimal edilir. Bunun üçün mütəşəkkil bazar valyuta ilə tam təmin edilməlidir.
Analitik qrup hesab edir ki, AMB-nin qarşısında duran əsas vəzifə ölkəyə idxal həcminin bir qədər azaldaraq tədiyyə balansında tarazlığa nail olmaqdır: "Bunun üçün Azərbaycanın 2017-ci ildə idxal həcminin 7-7,5 mlrd. dollara, yəni 2016-cı illə müqayisədə orta hesabla 15% azaldılması lazımdır. Bunun üçün Azərbaycanda dolların məzənnəsinin 2,00 AZN/USD-yə yaxınlaşdırılması və bir qədər sərt monetar siyasətin həyata keçirilməsi kifayətdir. Lakin bunun iqtisadi artım tempini yavaşladacağı da qeyd olunmalıdır”.
Analitiklərin fikrincə, idxalın ÜDM-in artımında payı azaldılaraq, bu kəsir turizm sektorunun inkişafı ilə kompensasiya olunacaq: "Qeyd edək ki, idxalın azaldılması baş tutsa belə, valyuta bazarı hər hərracda 50 mln. dollar vəsaitlə təmin edilməlidir. Belə ki, ildə 52 həftə və hər həftə 3 hərrac keçirilir. Bu da öz növbəsində sadə hesablamalarla 150-ə yaxın hərrac deməkdir. İdxalın azalmadan sonra 7,5 mlrd. dollara düşəcəyini ehtimal etsək, hər həraca 50 mln. dollar çıxarılması zərurəti yaranır. Yanvar-fevral ayları bir qədər iqtisadi fəallıq baxımından bir qədər zəif dövr olduğuna görə, mart ayından etibarən maliyyə bazarlarını izləmək daha maraqlı olacaq”.
mənbə: report