Bayramovun son şərti - Ermənistan sülh üçün nə etməlidir?

Bayramovun son şərti - Ermənistan sülh üçün nə etməlidir?

Xəbər verdiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında Ermənistanla sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin yekunlaşdığını deyib. XİN rəhbəri növbəti addım olaraq Azərbaycanın gözləntisinin Ermənistanın öz konstitusiyasında dəyişiklik etməsi olduğunu vurğulayıb.

 

Qeyd edək ki, nazirin "Ermənistanın öz konstitusiyasında dəyişiklik etməsi" ilə bağlı dediyi məsələnin əsas məğzi Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd olan müddəaların hələ də qüvvədə qalmasıdır.

 

Daha dəqiq ifadə etsək, Ermənistanın hazırkı konstitusiyasında  "Dağlıq Qarabağın Ermənistanla birləşməsi" ideyası və bu istiqamətdə iddiaları təşviq edən müddəalar var. 

 

Məsələn, Ermənistan Konstitusiyasının preambulasında və bəzi maddələrində 1990-cı il "Milli Azadlıq Hərəkatı" və "Dağlıq Qarabağın Ermənistana birləşməsi" ilə bağlı ifadələr yer almaqdadır.

 

Ermənistan konstitusiyasına əsaslanan bəzi qanunvericilik aktlarında da Azərbaycanın suverenliyinə qarşı ərazi iddialarını ehtiva edən müddəalar öz əksini tapır.
Azərbaycan tərəfi isə sülh sazişinin imzalanması və münasibətlərin normallaşdırılması üçün Ermənistanın bu iddialardan rəsmən imtina etməsini, yəni konstitusiyasını və digər normativ hüquqi aktlarını beynəlxalq hüquqa uyğunlaşdırmasını tələb edir. Yəni, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və gələcəkdə də bu iddiaları gündəmə gətirməyəcək hüquqi təminatlar istəyir.

 

Qısaca, nazirin dediyi budur: Ermənistan öz konstitusiyasını dəyişdirərək Azərbaycanın ərazi bütövlüyünə hörmət edən, ona qarşı ərazi iddiaları olmayan bir hüquqi baza yaratmalıdır. Bu olmadan imzalanacaq sülh sazişi tam reallaşmış sayılmır.


Əzizə Zeynal 


 


OXŞAR XƏBƏRLƏR

"100 manata 9 sm boy artımı" vədi: Azərbaycanda yeni dələduzluq? – VİDEO

  "Cəmi 100 manat ver, 9 santimetrə qədər boyunu uzadaq. Aparatla ağrısız və əməliyyatsız boy artımı".   Sfera.az Xəzər TV-yə ...

Böyük Britaniya müharibəyə hazırlaşır - Yeni təhlükə siqnalı var?

Böyük Britaniya ilk dəfə olaraq milli təhlükəsizlik strategiyasında öz ərazisində baş verə biləcək müharibəyə və hərbi münaqişəyə hazırlıq ehtiyacından açıq şək...

Azərbaycan nefti ucuzlaşdı: Nələr gözlənilir?

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,96 ABŞ dolları, yaxud 9,94 % azalaraq 72,12 ABŞ dolları təşkil edib. Ü...

Viza "düzəldən" şəxs həbs edildi - FOTO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində vətəndaşları xarici ölkələrə işə düzəltmək və viza almaq vədi ilə aldadan ş...

Aktyordan cərraha, bankirdən jurnalistə – Müasir liderlərin peşələri

Müasir dünyanın prezident və liderləri təkcə siyasi kimlikləri ilə deyil, həm də keçmiş peşələri ilə də diqqət çəkir. Çünki onların prezident və ya lider olmamı...

Bayram günlərində hava necə olacaq?

Bayram günlərinin hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə iyunun 26-da Bakıda və Abşero...