Güclü zəlzələlər gözlənilir - Seysmoloqdan XƏBƏRDARLIQ

Güclü zəlzələlər gözlənilir - Seysmoloqdan XƏBƏRDARLIQ

İraqın Ərbil şəhərinə bağlı Mergasur rayonunda 4,8 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Türkiyənin Hakkari, Bitlis, eləcə də Şırnağın Uludere və Cizrə rayonlarında da hiss olunub.

 

Sfera.az bildirir ki, AFAD zəlzələnin böyüklüyünü 4,8 olaraq qeyd etsə də, Kandilli Rəsədxanası bu göstəricini 5.0 kimi qeydə alıb.

 

Zəlzələdən sonra Yüksekovada insanlar təşviş içində küçələrə axışıblar. Yeraltı təkanlar bəzi evlərdə çatların yaranmasına səbəb olub. İlçənin məscidlərindən elanlar edilərək, məscidlərin sakinlər üçün açıq qalacağı bildirilib.

 

Yeşiltaş kəndinin sakinləri isə evlərinin qarşısında tonqal qalayaraq açıq havada gözləyiblər.

 

Türkiyəli zəlzələ mütəxəssisi, professor Naci Görür hadisədən sonra sosial media hesabında paylaşım edərək aşağıdakı fikirləri səsləndirib:

 

"Dilekli-Yüksekova/Hakkaridə 5,0 maqnitudalı zəlzələ baş verib. Bu zəlzələ Bitlis-Zaqros Bindirmə ərazisi daxilindədir. Gözlənilən bir zəlzələ idi. 6 fevral zəlzələləri zamanı bu zona Şərqi Anadolu ilə Ərəb Lövhəsi arasında çox sıxışıb. Daha çox zəlzələ gözlədiyimiz bir zonadır. Keçmiş olsun. Sevgi ilə". (Musavat.com)


OXŞAR XƏBƏRLƏR

Leysan, dolu, şimal-şərq küləyi... - Sabahın havası AÇIQLANDI

İyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. ...

Qaxda ağır qəza: Xəsarət alanlar var - FOTO

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən k...

Bu gün eşqdə 3 BÜRC şanslı olacaq

Astroloji təsirlər romantik əlaqələri gücləndirmək və yeni münasibətlərə başlamaq üçün ideal atmosfer yaradır, lakin yuxular və reallıq arasında tarazlığı qorum...

DSX-nin hərbi qulluqçusu xəstəxanada öldü

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində və...

Evdə "Wi-Fi" istifadə edən hər kəsin DİQQƏTİNƏ

Evdə "Wi-Fi" siqnalı zəifdirsə və internetin sürəti sizi bezdiribsə, bahalı təkrarlayıcı və ya provayderə zəng etmədən əvvəl sadə bir üsulu sınaqdan k...

Tramp Milli Qvardiyanı Los-Ancelesə GÖNDƏRİR

ABŞ Prezidenti Donald Tramp iğtişaşları yatırtmaq üçün Kaliforniyaya Milli Qvardiyanın 200 hərbçisinin göndərilməsinə qarşı çıxan ştatın qubernatoru Gavin Nyuso...