Ticarət müharibələri ABŞ-yə zərər verir: “Hegemon mövqeyini itirəcək”

Ticarət müharibələri ABŞ-yə zərər verir: “Hegemon mövqeyini itirəcək”

Donald Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ beynəlxalq ticarətdə yeni bir müharibəyə başlayıb. Prezident Tramp bir neçə ölkəyə qarşı idxal rüsumlarını artırıb və bu addımlar digər ölkələr tərəfindən oxşar tədbirlərlə cavablandırılıb. Belə vəziyyət, yalnız ABŞ iqtisadiyyatına deyil, həm də qlobal bazarlara mənfi təsir göstərir. Birjalarda səhmlərin qiymətləri düşür ki, bu da iqtisadi böhranın başlanğıcı kimi qiymətləndirilir.

 

İqtisadçılar və politoloqlar bu ticarət müharibəsinin ABŞ ilə yanaşı dünyada ciddi fəsadlar yaradacağı ilə bağlı xəbərdarlıqlar ediblər.

 

Sfera.az-a açıqlama verən şərhçi Elçin Xalidbəyli bildirdi ki, Trampın bu siyasəti çox təhlükəli və destruktivdir.

 

Onun sözlərinə görə, Trampın qərarları bütün dünyanı ABŞ-yə qarşı yönəltməyə başlayıb və bəzi ölkələr artıq ABŞ-ni düşmən kimi görməyə başlayıb:

 

"Trampın rəhbərliyi altında ABŞ digər ölkələrə qarşı hegemon və imperialist siyasət yürüdür. Xüsusilə, NATO ölkələri və Avropa İttifaqı üzvlərinə qarşı təzyiq göstərən ABŞ bu addımları ilə özünün hegemon mövqeyini gücləndirməyə çalışır. Lakin bu təzyiqlərin əksinə, dünya ölkələri arasında reaksiyalar yaranır və ABŞ-nin bu siyasətinə qarşı qarşı fəaliyyət genişlınir ".

 

E.Xalidbəyli düşünür ki, Tramp ticarət müharibəsini yaratmaqla güclü ölkələri öz təsiri altına almağa çalışır:

 

"Tramp NATO-dakı müttəfiqlərin və digər ölkələrin onun təzyiq siyasətinə qarşı çıxmağa cəsarət etməyəcəklərini düşünür. Lakin əksinə oldu, bu ölkələr artıq ABŞ-nin ticarət müharibəsinə cavab verir və ticarət müqavilələrini yenidən gözdən keçirirlər. Hətta bəzi ölkələr ABŞ-nin tətbiq etdiyi rüsumlara qarşı qarşılıqlı tədbirlər görməyə başlayıblar ki, bu da ABŞ iqtisadiyyatına ciddi zərbə vurur".

 

Xalidbəyli bu prosesin, ABŞ-nin beynəlxalq təsirini zəiflədəcəyini və qlobal iqtisadiyyatda qeyri-sabitlik yaradacağını bildirir. O həmçinin qeyd edib ki, Tramp administrasiyasının ticarət müharibəsi siyasəti ABŞ-nin iqtisadiyyatına ağır zərbə vurmağa başlayacaq və ABŞ öz qlobal hegemon mövqelərini itirəcək.

 

Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...

"Ukraynanın NATO-ya üzvlüyü ciddi təhlükələr yaradacaq" - Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO-ya üzvlüyünün ciddi təhlükələr yaradacağını bildirib.   Sfera.az TASS agentliyinə istinadən xəb...

Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

Rusiyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar X...

Kontakt karate növləri üzrə yay seminarı təşkil olunub - FOTOLAR

Azərbaycan Karate Federasiyasının rəhbərliyi ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş Kontakt karate növləri üzrə (Kyokuşinkay, Kosiki, Asihara)...