Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək. 11 martdan start götürmüş Azərbaycan Peşəkar Çövkən Liqası oyun həvəskarlarına unudulmaz anlar yaşadacaq.

 

Misli.az bu idman növünün daha geniş kütlələrə tanıdılması və populyarlaşmasına dəstək məqsədilə ilk dəfə olaraq Peşəkar Çövkən Liqasına mərc seçimləri təqdim edəcək. Bununla bağlı Azərbaycan Atçılıq Federasiyası ilə “Azərlotereya”nın “Misli” brendi arasında əməkdaşlıq memorandumu imzalanıb. Ölkədə idmanın inkişafını hər zaman dəstəkləyən “Misli” ənənəvi çövkən oyunlarının yeni nəsillərə tanıdılması və müasir idman dünyasında layiqli yerini tutması işinə də töhfə verəcək.

 

Qədim köklərə malik bu atüstü idman növü taktiki düşüncə və fiziki bacarıq tələb edən dinamik oyundur. Peşəkar Çövkən Liqasına mərc seçimlərinin əlavə edilməsi oyunlara marağı artıracaq, azarkeşlərin bu qədim idman növü ilə daha yaxından tanış olmasına imkan yaradacaq.

 

Bu il 26 noyabradək davam edəcək Azərbaycan Peşəkar Çövkən Liqası CBC Sport kanalında canlı yayımlanacaq. Daha ətraflı məlumat və mərc imkanları üçün www.misli.az rəsmi saytına daxil ola bilərsiniz.

 

Ölkədə idmanın tərəqqisi üçün önəmli layihələrə imza atan “Misli” Azərbaycan Premyer Liqası və kişilərdən ibarət A milli komandaya dəstək olur, eləcə də ölkə voleybolunun inkişafına böyük töhfə verir. Bundan sonra da “Misli” belə təşəbbüslərə dəstək olmağa davam edəcək.


OXŞAR XƏBƏRLƏR

Yaddaşı silmək mümkün olacaq - YENİ TƏDQİQAT

Beynimiz yaddaş, təcrübələrimizin və məlumatlarımızın saxlanması üçün kompleks neyron şəbəkələrindən ibarətdir. Lakin travmatik xatirələr insanın həyat keyfiyyə...

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...

"Ukraynanın NATO-ya üzvlüyü ciddi təhlükələr yaradacaq" - Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO-ya üzvlüyünün ciddi təhlükələr yaradacağını bildirib.   Sfera.az TASS agentliyinə istinadən xəb...