Nömrələri pozan sürücüləri hansı cəza gözləyir? - BŞDYPİ-dən CAVAB

Nömrələri pozan sürücüləri hansı cəza gözləyir? - BŞDYPİ-dən CAVAB

Bəzi sürücülər daha gözəl göründüyünü düşünərək avtomobil nömrələrinin üzərinə həkk olunmuş defis simvollarını silirlər. Bu barədə sosial şəbəkələrdə bəzi görüntülər də yayılıb.

 

Bəs avtomobil qeydiyyat nişanına müdaxilə edənləri hansı cəza gözləyir?

 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.

 

Sfera.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, bəzi sürücülər qeyd edilən formada dövlət qeydiyyat nişanına müdaxilə etməsi qayda pozuntusudur.

 

T.Nəsirlinin sözlərinə görə, bu addım öz növbəsində inzibati məsuliyyət yaradır:

 

“Belə hal aşkarlandığı təqdirdə sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsinə əsasən mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə görə 40 (qırx) manat məbləğində cərimə də nəzərdə tutulub”.


 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...

"Ukraynanın NATO-ya üzvlüyü ciddi təhlükələr yaradacaq" - Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO-ya üzvlüyünün ciddi təhlükələr yaradacağını bildirib.   Sfera.az TASS agentliyinə istinadən xəb...

Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

Rusiyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar X...