Rus dilində yox, Rusiyanın dilində danışanlardan çəkinməliyik

Rus dilində yox, Rusiyanın dilində danışanlardan çəkinməliyik

Mən şəxsən rus məktəbində oxumuşam. Hətta rus sektorunda yox, məhz rus məktəbində. Bununla fəxr etdiyimi deyə bilmərəm, amma sinif yoldaşlarım və müəllimlərimlə həm fəxr edirəm, həm də qürur duyuram.

 

O vaxt belə alındı ki, mən və mənim qardaşımla bacılarım – Qərbi Azərbaycandan gəlmiş valideynlərin övladları – rus baxçasına, sonra da rus məktəbinə getdik. Bu bizim seçimimiz deyildi, amma valideynlərimi də günahlandırmağa haqqım yoxdur. Necə ki, indi ən yaxşı və bahalı təhsil ingiliscədirsə, o vaxt da ən keyfiyyətli (bahalı demək olmaz) təhsil rusca idi.

 

Son vaxtlar isə yenə də “rus məktəbi” mövzusu gündəmdədir. Bir tərəfdə rusca təhsil almış insanlar, digər tərəfdə isə “adam gərək öz ölkəsində öz dilində oxusun” deyənlər. Sonuncuların arqumenti başadüşüləndir, doğrudur da. Amma gəlin etiraf edək: Azərbaycanda rus məktəbində oxuyanların böyük əksəriyyəti bunu özləri seçməyiblər. Məktəbi uşaqlar deyil, valideynlər seçir. Onlar da öz dövrlərinin “ən yaxşısını” seçməyə çalışıblar.

 

Digər tərəfdən, bu gün ölkədəki rus sektoru 20-30 il əvvəlki səviyyədə deyil. İldən-ilə zəifləyir və bu gedişlə sadəcə yoxa çıxacaq. Belə olan halda, bu gün rus sektoru ilə bağlı bu qədər mübahisə kimə və nəyə lazımdır? Onsuz da biz öz yolumuzu seçib irəliləyirik və rus dili çoxdan prioritet sayılmır.

 

Ən maraqlısı isə bu mövzunun hər dəfə şimal qonşumuzla münasibətlər soyuyanda aktuallaşmasıdır. Münasibətlər düzələn kimi həmin məktəblər və üstəlik bir neçə universitet “Potyomkin kəndləri” kimi göstərilib, xal qazanmaq üçün istifadə olunur. Necə ki, valideyn uşağına məktəb seçir, eləcə də dövlətimiz sürətlə dəyişən dünyada öz siyasi strategiyasını ortaya qoyur. Yəni belə məsləhətdir.

 

Və nəhayət, Vətən uğrunda canından keçən və ya döyüşlərdə qəhrəmanlıq göstərən nə qədər rus sektorunda təhsil almış şəhid və qazilərimiz var. Məsələn, mənim sinif yoldaşım, Aprel döyüşlərinin qəhrəmanı, hərbi pilot Urfan Vəlizadə də rus sektorunu bitirmişdi. Deməli, Vətənə sevgi hansı dildə təhsil almağımızdan yox, evdə aldığımız tərbiyədən asılıdır.

 

Ona görə də rus dilində danışanlardan yox, Rusiya dilində danışanlardan çəkinməliyik, onların isə əksəriyyəti bəlkə də rusca bilmir.

 

 

Emin Əfəndi

 

Yazıları Emin Əfəndinin teleqram kanalından izləyə bilərsiniz: //t.me/efendi19

 


OXŞAR XƏBƏRLƏR

Yaxınları Rusiyada öldürülən azərbaycanlı: "Orada başqaları da..."

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılan azərbaycanlılar sabah məhkəmə qarşısına çıxarılacaq.   Sfera.a...

Yaddaşı silmək mümkün olacaq - YENİ TƏDQİQAT

Beynimiz yaddaş, təcrübələrimizin və məlumatlarımızın saxlanması üçün kompleks neyron şəbəkələrindən ibarətdir. Lakin travmatik xatirələr insanın həyat keyfiyyə...

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...