Fransa silah istehsalını artırdı - Makronun məqsədi nədir?

Fransa silah istehsalını artırdı - Makronun məqsədi nədir?

Fransa silah istehsalını sürətləndirir: Rafale qırıcıları, AASM bombaları, tank əleyhinə raketlər və dronların istehsalı iki dəfədən çox artırılır. Fransanın müdafiə naziri Sebastian Lekornu bu gün verdiyi müsahibədə təsdiq edib ki, fransız şirkətləri bu məqsədə çatmaq üçün mülki-hərbi istehsal tərəfdaşlıqları üzərində işləyir.

 

Maraqlıdır, Fransanın bu addımının arxasında hansı səbəblər durur? Silahlar öz istifadəsi üçün yoxsa hansısa ölkəyə kömək üçün lazımdır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Kənan Novruzov bildirib ki, bu məsələyə iki kontekstdən yanaşmaq olar.

 

Onun sözlərinə görə, səbəblərdən biri Avropa üçün təhdidlərin yaramasıdır:

 

“Son vaxtlar ABŞ ilə Avropa arasında münasibətlərin gərginləşməsi fonunda Avropanın təhlükəsizliyi üçün təhdid yaranır. Belə bir vəziyyətdə ayrı-ayrı Avropa dövlətləri, o cümlədən, Fransa öz təhlükəsizliyini gücləndirməyə çalışır. Biz bu prosesi digər dövlətlərdə də müşahidə edə bilərik. Şərqi Avropadakı vəziyyətlə bağlı narahatlıqlar hələ də var. İndiki vəziyyətdə Ukrayna müharibəni genişləndirsə, Avropanın təhlükəsizliyinə təhdid artacaq. Əgər Ukrayna sülh müqaviləsi imzalasa və Rusiya qalib çıxsa, Rəsmi Kiyev dayanmayacaq. Rusiyanın bu müharibədən qalib çıxmağı da Avropa, xüsusilə də, Avropanın Rusiyaya qonşu dövlətləri üçün təhdid yaradacaq. Çünki Rusiya kimi imperialist dövlətlər öz güclərini ancaq müharibə hesabına qoruyurlar”.


K.Novruzov qeyd edib ki, Fransanın silah istehsalında məqsədlərindən biri də buna biznes kimi yanaşmasıdır:

 

“Fransa bir çox dövlətlərin, o cümlədən, Ermənistanın fəal silah təminatçısıdır. Bu baxımdan, Fransa aldığı və ya istehsal etdiyi silahların bir hissəsini Ermənistana satacaq. Hazırda silah biznesi ən gəlirli biznes sahələrindən biridir. Bu nöqteyi-nəzərdən, Fransanın istehsal etdiyi silahların bir hissəsini digər dövlətlərə sataraq həm pul qazanması, həm də hərbi, siyasi və destruktiv maraqlarını təmin etməsi istisna deyil”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...

"Ukraynanın NATO-ya üzvlüyü ciddi təhlükələr yaradacaq" - Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO-ya üzvlüyünün ciddi təhlükələr yaradacağını bildirib.   Sfera.az TASS agentliyinə istinadən xəb...

Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

Rusiyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar X...

Kontakt karate növləri üzrə yay seminarı təşkil olunub - FOTOLAR

Azərbaycan Karate Federasiyasının rəhbərliyi ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş Kontakt karate növləri üzrə (Kyokuşinkay, Kosiki, Asihara)...