Sosial mənzillər üçün müraciətlərin qəbul ediləcəyi VAXT bilindi

Sosial mənzillər üçün müraciətlərin qəbul ediləcəyi VAXT bilindi

Sosial evləri almaq üçün müraciətlərin qəbulu yaxın aylarda başlanacaq.

Trend-in məlumatına görə, dövlət başçısının fərmanı əsasında yaradılacaq "Güzəştli mənzil" sistemi mayın 1-dən işə düşəcək və elektron müraciətlər də o vaxtdan başlanacaq. Həmin vaxta qədər isə sosial evləri almaq üçün sakinlər kağız formada müraciət edə bilərlər.

Qeyd edək ki, sosial evlərin birinci kompleksinin tikintisi üçün Bakının Yasamal rayonunda 11,6 hektar ərazi ayrılıb. Jurnalda qeyd olunur ki, bu kompleksdə 1850 mənzil olacaq. Mənzillər 1, 2 və 3 otaqlı olacaq.

Bundan başqa, məlumat verilib ki, sosial mənzillərdə aylıq ödəniş oxşar evlərin kirayə haqqından artıq olmamaqla müəyyən ediləcək.

Məlumatda deyilir: "Faktiki olaraq birotaqlı mənzillər üçün aylıq ödəniş 130-140, üçotaqlılar üçün 330-350 manatdan artıq olmayacaq".

Hazırda Yasamal rayonu ərazisində tikilən komplekslə yanaşı, Bakıda ikinci belə kompleksin inşası da planlaşdırılır. Eyni zamanda Sumqayıt, Gəncə, Lənkəran və Masallı rayonlarında da tikintisi nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həkmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki,...

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların ...

İran Prezidenti: “Yaxın gələcəkdə yenidən Azərbaycana gələcəm” - VİDEO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək.   Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbayc...

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub.   Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən x...

Vətəndaşlara ZƏLZƏLƏ XƏBƏRDARLIĞI - Çantalarınızı hazır saxlayın

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Mədən Tədqiqat və Axtarış Ümumi Müdirliyi (MTA) tərəfindən yenilənən Zəlzələ Təhlükəsi və Aktiv...