Mikayıl Cabbarov Qafqaz Universiteti ilə bağlı əmr verdi - YENİLƏNİB

Mikayıl Cabbarov Qafqaz Universiteti ilə bağlı əmr verdi - YENİLƏNİB

17:11

Sfera.az Trend-ə istinadən bildirir ki, İşçi qrupuna tapşırılıb ki, universitetdə təhsil alan tələbələrin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları bala, ixtisaslarına və tədris dilinə uyğun olaraq, habelə onların dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil alması nəzərə alınmaqla digər ali təhsil müəssisələrinə yerləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim etsinlər.

İşçi qrup Təhsil Nazirliyindən alınmış diplom və akademik arayış blanklarının saxlanılması, doldurulması, verilməsi və uçotu vəziyyətini araşdırsın, istifadə olunmamış blankların Nazirliyə qaytarılmasını təmin etsinlər, akademik məzuniyyətdə olan və ya müxtəlif səbəblərdən ali məktəbdən xaric olunmuş tələbələr barədə arayış hazırlasın, tələbələri və onların valideynlərini qəbul edib onlara müvafiq izahatlar versin, əvvəlki tədris illərində Qafqaz Universitetini müvəffəqiyyətlə bitirmiş məzunların adına yazılmış və universitetin arxivində saxlanılan diplom və diploma əlavələrin Nazirliyin arxivinə təhvil verilməsini təmin etsinlər.

İşçi qrupu Qafqaz Universitetinin fəaliyyəti dayandırılanadək zəruri əlaqələndirmə işlərini həyata keçirməlidir.

----------

15:43

Təhsil naziri Mikayıl Cabbarov Qafqaz Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupunun yaradılması barədə əmr imzalayıb.

Sfera.az azvision.az-a istinadən xəbər verir ki, nazirin əmrinə əsasən, Qafqaz Universitetində təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi və bununla əlaqədar digər təşkilati işlərin yerinə yetirilməsi məqsədi ilə aşağıdakı tərkibdə İşçi qrup yaradılıb. 

İşçi qrupuna Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev rəhbərlik edir. İşçi qrupunun üzvləri Həmzağa Orucov - Qafqaz Universitetinin Tədris işləri üzrə prorektoru; Yaşar Ömərov - Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun baş məsləhətçisi; Günay Ələkbərova - Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun məsləhətçisi; Rasim Hüseynov - Təhsil Nazirliyinin Hüquq şöbəsinin sektor müdiri; Nazim Abbasov - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədrisin metodik təminatı və akkreditasiya bölməsinin müdiri; Bəxtiyar Namazov - Azərbaycan Texniki Universitetinin dosentidir.


OXŞAR XƏBƏRLƏR

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki, ...

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların ...

İran Prezidenti: “Yaxın gələcəkdə yenidən Azərbaycana gələcəm” - VİDEO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək.   Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbayc...

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub.   Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən x...