Prezident İlham Əliyev: "Ermənistan öz acı məğlubiyyətini etiraf etməyə məcburdur"

Prezident İlham Əliyev:

"Ermənistan öz acı məğlubiyyətini etiraf etməyə məcburdur".

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N" hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilərlə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir. Ermənistan öz acı məğlubiyyətini etiraf etmək istəməsə də məcburdur ki, etiraf etsin. Məhz aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri başda olmaqla bir çox yüksək vəzifəli hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı. Bu, aprel döyüşlərinin nəticəsi idi. Bizim əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərdilər. Biz şəhidlər də verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq torpağımızı qoruduq, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik. Aprel döyüşləri hərbi kitablara salınmalıdır. Azərbaycan Ordusu həm hərbi peşəkarlıq, həm qəhrəmanlıq göstərmişdir".

Prezident vurğulayıb ki, bütün bu uğurların təməlində düşünülmüş siyasət dayanır: "Ordu quruculuğu prosesi Azərbaycanda ardıcıllıqla icra edilir. Həm təminat, təchizat, müasir texnikanın alınması, döyüş qabiliyyətinin artırılması, eyni zamanda, bizim hərbi uğurlarımız siyasi uğurlarla da tamamlanır. Biz bu gün özümüzü beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi təqdim etmişik. Bizim dünyadakı dostlarımızın sayı getdikcə artır. Bizim haqq işimiz barədə dünya ictimaiyyəti daha da dolğun məlumat əldə edir".


OXŞAR XƏBƏRLƏR

Avropada enerji böhranı - Bu iki ölkə işıqsız qaldı - FOTOLAR

İspaniya və Portuqaliyanın böyük hissəsində baş verən elektrik kəsintisi nəticəsində telekommunikasiya şəbəkələri çöküb, metro və nəqliyyatda ciddi nasazlıqlar ...

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki, ...

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların ...

İran Prezidenti: “Yaxın gələcəkdə yenidən Azərbaycana gələcəm” - VİDEO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək.   Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbayc...