Məcburi köçkünlərə vahid aylıq müavinət veriləcək

Məcburi köçkünlərə vahid aylıq müavinət veriləcək

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb. 

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, fərmanda deyilir: 

"Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinəti müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Fərmanın 1-ci hissəsində göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

2.2. Azərbaycan Respublikası prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

2.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azərsu" Açıq Səhmdar Cəmiyyəti məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etsin".


OXŞAR XƏBƏRLƏR

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki, ...

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların ...

İran Prezidenti: “Yaxın gələcəkdə yenidən Azərbaycana gələcəm” - VİDEO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək.   Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbayc...

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub.   Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən x...