Dollar sürətlə ucuzlaşır - Birjalarda narahatçılıq artıb

Dollar sürətlə ucuzlaşır - Birjalarda narahatçılıq artıb

ABŞ və ticarət tərəfdaşları arasında artan gərginliyə baxmayaraq, birjalarda qeyri-adi reaksiyalar müşahidə olunur. Adətən iqtisadiyyatlarda, beynəlxalq münasibətlərdə narahatçılıq yarananda təhlükəsiz sığınacaq kimi qəbul edilən dollara meyl artır. Amma son iki ayda bunun tam əksi baş verir. 

 

Sfera.az xatırladır ki, Donald Tramp hakimiyyətə gələndən sonra bəzi ölkələrdən idxal edilən mallara gömrük rüsumlarını artırıb, buna görə Çin, Kanada və Meksika ilə münasibətlərdə gərginlik hiss olunur, eləcə də Rusiya-Ukrayna müharibəsində tutduğu mövqeyə görə Avropa ilə münasibətləri pisləşib. 

 

Tramp hesab edir ki, yürütdüyü yeni siyasi və iqtisadi xətt ABŞ-yə fayda gətirəcək, ölkənin maliyyə vəziyyəti güclənəcək. 
Baş verənlərin fonunda gözlənildiyinin əksinə olaraq ABŞ dolları ucuzlaşır. 

 

ABŞ dollarının aparıcı 6 valyutaya qarşı ortaq məzənnə dəyərini ifadə edən Dollar İndeksi 2025-ci ilin yanvarının 13-də 110 səviyyəsinə çatmışdı. Həmin tarixdə bir avro 1,025 dollar idi. Amma indi indeks 104 səviyyəsinə geriləyib və avro ilə dolların məzənnəsi 1,08 həddini ötüb. 

 

Dolların ucuzlaşmasına təsir edən amillər arasında yeni administrasiyanın faiz dərəcələrini endirmək istəyi də var. Maliyyə naziri Skot Bessent bildirib ki, Tramp faizlərin endirilməsinə israrlıdır. O bunun üçün ABŞ məkrəzi bankının uçot dərəcəsinin endirilməsinin vacib olduğu qənaətindədir. 

 

Qeyd edək ki, son illərdə dolların bahalaşmasına səbəb olan əsas amillərdən biri də məhz faizlərin artırılmasıdır. Yüksək faizlər dollarda olan aktivlərin, maliyyə alətlərinin gəlirliliyini artırdığından ABŞ valyutası xeyli bahalaşmışdı. Yeni tələblərə görə isə faizlər endirilməlidir. Bu halda dolların da ucuzlaşması ehtimalı güclüdür. 
Dolların ucuzlaşması uzun müddət baş verərsə bu, qızılın və digər əmtəələrin qiymətini artıracaq. Hələlik qızılın dəyərində artım əlamətləri var. Amma neft və digər mühüm əmtəələrdə bahalaşma görünmür. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı dəyişdi

2026-cı ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib.   Sfera.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı mə...

"Sputnik-Azərbaycan”nın ofisində keçirilən əməliyyat görüntüləri – VİDEO

Daxili İşlər Nazirliyinin "Sputnik-Azərbaycan" agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində polis əməkdaşları redaksiyanın qarşısında dayanı...

"Rusiya azərbaycanlıları hədəf alıb"

Bir zamanlar Qarabağda “sülhməramlı missiya” adı ilə fəaliyyət göstərən qüvvələrin indi dinc azərbaycanlılara qarşı zorakılıq və təxribatlarla yadda...

Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb

Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keç...

“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi

Veysəloğlu Şirkətlər Qrupunda (VŞQ) elan edilən “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA)...

Məktəbli formaları ucuzlaşdı: Yeni qiymətlər...

Bakı Tikiş Evinin (BTE) məktəbli formalarına tətbiq etdiyi yeni endirimli satış qiymətləri məlum olub.   Sfera.az xəbər verir ki, bu barədə Oxu....