“Kontakt” bank xidmətləri göstərəcək

“Kontakt” bank xidmətləri göstərəcək

Hər zaman yenilikçi yanaşması ilə seçilən “Kontakt” bu dəfə bank xidmətləri göstərməyə başlayır. Şəbəkənin “Kontakt App” adlı bu yeni tətbiqi ilə artıq ən innovativ bank xidmətlərindən və xüsusi imtiyazlar verən loyallıq proqramından yararlana biləcəksiniz.

 

Bu ilin ikinci yarısında istifadəyə verilməsi planlaşdırılan “Kontakt App” maliyyə idarəçiliyinə tamamilə yeni bir yanaşma gətirəcək. Bu tətbiq müxtəlif bank xidmətlərini, xüsusilə rahat kreditləşmə və “Kontakt”ın loyallıq proqramını özündə birləşdirəcək. TAM FUNKSİONAL MOBİL BANKİNQ “Kontakt App” ənənəvi mobil bankinq xidmətlərini ən yüksək səviyyədə təqdim edəcək. Artıq müxtəlif bank əməliyyatları üçün müxtəlif tətbiqlər arasında keçid etməyə ehtiyac qalmayacaq. Çünki bu yeni tətbiqdə ən rahat interfeys ilə balansınızı izləyə, kredit və digər bütün növ ödənişlərinizi idarə edə və hətta, sizə ayrılan kredit limiti ilə bağlı da sürətli məlumat ala biləcəksiniz. Bütün bu üstünlüklərini görmək üçün isə sadəcə və sadəcə bank kartınızı tətbiqə əlavə etmək kifayət olacaq.

 

CƏMİ 1 DƏQİQƏYƏ KREDİT RƏSMİLƏŞMƏSİ

 

Tətbiq vasitəsilə “Kontakt”dan məhsul alarkən kredit rəsmiləşdirmək çox daha sürətli və asan olacaq. Çünki əvvəllər orta hesabla 15 dəqiqə vaxt alan bu proses
“Kontakt App” istifadəyə verildikdən sonra cəmi 1 dəqiqənizi alacaq. Bununla da, tətbiqin istifadəçisi olan hər kəs istədiyi məhsulu sürətli – sadəcə bir neçə klikə
kreditlə əldə edə biləcək. “KONTAKT” MÜŞTƏRİLƏRİNƏ ÖZƏL LOYALLIQ PROQRAMI “Kontakt” bu tətbiqdə öz müştərilərini də düşünüb və onlara xüsusi imtiyazlar təqdim edir. Belə ki, loyallıq proqramı çərçivəsində siz bir müştəri olaraq bonuslar qazanacaq, bu bonusları isə alış-veriş zamanı istifadə edə, dostlarınıza göndərə və ya kredit ödənişlərinizə yönləndirə biləcəksiniz.

 

Bundan əlavə, “Kontakt App” rahatlıq baxımından da istifadəçilərin ehtiyaclarını düşünüb. Çünki burada siz heç yerə zəng etmədən, bütün suallarınıza çatbotlar –
yəni, virtual köməkçilər vasitəsilə cavab tapa biləcəksiniz. Bütün bu xüsusiyyətləri ilə “Kontakt App” bank sektorunda innovativ bir həll kimi bazara daxil olur. Bank xidmətlərini, kredit imkanlarını və sadiqlik proqramını tək bir platformada birləşdirən bu tətbiq, istifadəçilərin gündəlik maliyyə əməliyyatlarını daha sürətli və səmərəli idarə etməsinə kömək edəcək.

 

Odur ki, gələcəyin fintek dünyasında “Kontakt App” adını tez-tez eşidəcəyimiz bir dövr başlayır!


OXŞAR XƏBƏRLƏR

Uşaqlığından bəri kor olmaq istəyən və gözlərinə kimyəvi maddələr tökən qadın - FOTO

Jewel Şupinq adlı qadın illərlə kor olmaq arzusu ilə yaşayıb. Gözləri tamamilə sağlam olsa da, özünü heç vaxt görmə qabiliyyətinə malik insan kimi hiss etməyib....

“Bəxşiş” kimi malikanələr: Milyonerlər üçün gizli şəhərin sakinləri necə yaşayır? - FOTOLAR

Los-Ancelesdən (ABŞ) 23 mil aralıda San Qabriel dağlarının ətəyində gözlərdən uzaq Bradberi şəhəri maraqlı gözlərdən gizlədilib, əyalətdəki sərtlik və həddindən...

Niyə fillər və balinalar kimi daha böyük heyvanların xərçəngə tutulma ehtimalı azdır?
Fillərin və ya balinaların xərçəng kimi ciddi xəstəliklərə tutulma ehtimalının bizdən daha az olduğunu eşitmək əvvəlcə bir az təəccüblü görünə bilər, elə deyilm...

Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi...

Başlıbel qətliamından 32 il ötür

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür.   Sfera.az xatırladır ki, ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində ...

Arı sancması xalq arasında deyildiyi qədər faydalıdırmı?

Arı sancması dedikdə çoxumuzun ağlına əvvəlcə ağrı, sonra şişlik gəlir. Amma bunun şəfa mənbəyi olduğunu düşünənlər də var. Min illərdir istifadə edilən arı zəh...