Futbol haqqında daha əvvəl eşitmədiyiniz FAKTLAR

Futbol haqqında daha əvvəl eşitmədiyiniz FAKTLAR

Futbolun ən böyük əfsanələrini, ən kritik anlarını və unudulmaz hekayələrini bilə bilərsiniz. Ancaq əmin olun, təqdim edəcəyimiz bu məlumatlar sizi həqiqətən təəccübləndirəcək. 

 

 

Sfera.az bu yazıda sizə futbol dünyasından ən maraqlı və az bilinən 11 faktı təqdim edir.

 

1. Luis Monti iki fərqli milli komanda ilə Dünya Çempionatının Finalında oynayan yeganə futbolçudur

 

Argentinalı futbolçu Luis Monti 1930-cu ildə Dünya Kubokunun finalında Argentina, 1934-cü ildə isə İtaliya yığmasında çıxış edib. O, İtaliya ilə kuboka yüksəlib. Boka ilə çıxışları ona Argentina millisində yer qazandırıb, lakin 1931-ci ildə Yuventusa transfer olunduqdan sonra İtaliya vətəndaşı olub. 

 

 

2. Matç 149-0 bitib

 

2002-ci ildə Madaqaskarın “Stade Olympique de L'Emyrne” komandası “AS Adema” ilə matçda hakimə etiraz etmək qərarına gəlib. Futbolçular 149 dəfə topu öz qapılarına çatdırıblar. Reaksiyaya səbəb isə daha əvvəl iki komandanın üz-üzə gəldiyi pley-off matçında verilən kritik penalti fiti ilə əldən buraxılan çempionluqdur.

 

 

3. Maradonanın qapısında istifadə olunan top 2 milyon funta satılıb

 

Futbol tarixində “Tanrının əli” kimi tanınan Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatının 1/4 finalında İngiltərəyə vurduğu əfsanəvi qolu Londonda keçirilən hərracda 2 milyon funta satılıb.

 

 

4. Rogerio Ceni 131 qolla tarixin ən çox qol vuran oyunçusudur

 

Braziliyalı qolkiper peşəkar karyerasında 131 qol vurmağı bacarıb. Cərimə zərbələrində və penaltilərdə də hücumçu kimi səhvə yol verməyib. O, 26 il “Sao Paulo” forması geyinib və adını tarixə qızıl hərflərlə yazdırıb.

 

 

 

5. Bir matçda 36 qırmızı vərəqə olub

 

2011-ci ildə Argentinada keçirilən “Claypole” – “Victoriano Arenas” matçı yaşıl meydanda ən gərgin qarşılaşma olub. Qarşılaşmanın sonunda iki komandanın əlbəyaxa davasına girən hakim Damian Rubio hamını meydandan qovub. Meydanda olan və ehtiyat oyunçular skamyasında olan 22 oyunçu qırmızı vərəqə alıb.

 

 

6. Tarixin ən çox izləyicisi olan futbol matçı: Braziliya - Uruqvay finalı

 

Əminliklə demək olar ki, 1950-ci il Dünya Kubokunun finalında Cənubi Amerika komandalarının qarşılaşmasını bütün dünya seyr edib. Braziliyanın Rio de Janeyro şəhərində "Estadio De Marakana"nın ev sahibliyi etdiyi kubok matçını tribunadan izləyənlərin sayı 174 min olaraq qeyd edilib.

 

 

7. Ən sürətli het-trik: 70 saniyə

 

Bir matçda ən qısa müddətdə üç qol vuran futbolçu Aleks Torrdur. Torr rekordu 70 saniyəyə yeniləyib və bu nailiyyəti 2013-cü ildə İngiltərə Həvəskarlar Liqasında, “Rawson Springs” “Ueyn Qardner”i qəbul edərkən əldə edib. Qarşılaşma 7-1 hesabı ilə başa çatıb.

 

 

8. Messi Premyer Liqada 17 komandanı geridə qoyub

 

2011-2012 mövsümündə "Barsa"da çıxış edən argentinalı əfsanə La Liqada 50, Çempionlar Liqasında isə 14 qol vuraraq inanılmaz performans göstərib. Digər idman növləri də nəzərə alındıqda, o, mövsümü 73 qolla başa vurub. Bu, “City”, “United “və “Arsenal”dan başqa Premyer Liqa komandalarının həmin mövsüm vurduğu qollardan daha çox liqa qolu olub.

 

 

9. Ən uzaq məsafədən vurulan qolu qapıçı vurub 

 

İngiltərənin 4-cü Liqa komandası olan “Newport County”nin qapıçısı Tom Kinq rəsmi matçda ən uzun qol vuran oyunçu kimi tarixə düşüb. O, qolu öz qapısındakı qol zərbəsindən vurub. Məsafə 96,1 metr olub.

 

 

10. Meydançaya ildırım düşüb, 11 futbolçu həlak olub

 

1998-ci ildə Konqo Demokratik Respublikasının Kasai bölgəsində futbol matçı zamanı meydançaya ildırım düşməsi nəticəsində 11 futbolçu həlak olmuş, 30 nəfər yaralanmışdı.

 

 

 

11. 17 yaşlı dünya çempionatının qalibi var: Pele

 

1958-ci ildə Braziliya ilə İsveç arasında oynanılan Dünya Kuboku Finalında meydana çıxan Pele, nəhəng matçda iki qol vuraraq ölkəsinə kuboku gətirən adlardan biri olub. 5:2 hesabı ilə başa çatan qarşılaşma həm də turnir tarixində final mərhələsinin ən çox xal qazanan matçıdır.

 

Xanım


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...