Kiberdələduzların yeni əməli: zəngdən imtina... - VİDEO


Kiberdələduzların yeni əməli: zəngdən imtina... - VİDEO

Kiberdələduzlar vətəndaşların mobil telefonunu ələ keçirərək bütün məlumatları izləyə bilirlər.

 

Sfera.az xəbər verir ki, informasiya təhlükəsizliyi üzrə mütəxəssis Fərhad Mirəliyev deyir ki, kiberdələduzlar vətəndaşların şəxsi məlumatların ələ keçirmək üçün müxtəlif üsullara əl atırlar. Onlardan da biri mobil telefonun zəng və ye mesaj vasitəsi ilə ələ keçirilməsidir.

 

Fərhad Mirəliyev bildirib ki, kiberdələduzların bu üsulla asanlıqla hansısa mobil telefon və ya komputeri ələ keçirməsinə səbəb proqram təminatında olan boşluqlardır. Onlar bu boşluqlardan istifadə edərək öz casus proqramlarını yaradırlar.

 

Mütəxəssis əlavə edib ki, mobil telefon dələduzlar tərəfindən ələ keçirildikdə həm proqram təminatında həm də internetə daxil olma zamanı donmalar müşahidə olunur. Bu səbəbdən tanımadıqları nömrədən zəng gələrsə, sadəcə olaraq cavabsız qoysunlar. Bu kimi halların qarşısını almaq üçün proqram təminatına və ya tətbiqə gələn yenilənmələri gecikdirmədən təsdiq etmək mütləqdir.

 

Daha ətraflı Xəzər TV-nin videomaterialında:

 


OXŞAR XƏBƏRLƏR

"Sputnik-Azərbaycan”nın ofisində keçirilən əməliyyat görüntüləri – VİDEO

Daxili İşlər Nazirliyinin "Sputnik-Azərbaycan" agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində polis əməkdaşları redaksiyanın qarşısında dayanı...

"Rusiya azərbaycanlıları hədəf alıb"

Bir zamanlar Qarabağda “sülhməramlı missiya” adı ilə fəaliyyət göstərən qüvvələrin indi dinc azərbaycanlılara qarşı zorakılıq və təxribatlarla yadda...

Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb

Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keç...

“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi

Veysəloğlu Şirkətlər Qrupunda (VŞQ) elan edilən “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA)...

Məktəbli formaları ucuzlaşdı: Yeni qiymətlər...

Bakı Tikiş Evinin (BTE) məktəbli formalarına tətbiq etdiyi yeni endirimli satış qiymətləri məlum olub.   Sfera.az xəbər verir ki, bu barədə Oxu....

Nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT - FOTO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət edib.   Sfera.az xəbər verir ki,...