Əliyev və Ərdoğan bir araya gəlir - Nələr müzakirə olunacaq?

Əliyev və Ərdoğan bir araya gəlir - Nələr müzakirə olunacaq?

Azərbaycan Prezidenti İlham Əliyev bugün Ankaraya səfər edəcək. Səfər Türkiyə lideri R.T.Ərdoğanın dəvəti ilə baş tutacaq.  Görüşdə cari regional və qlobal hadisələr, həmçinin Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparılması nəzərdə tutulur.

 

Maraqlıdır, görüşün pərdəarxası məqamı nələrdir?

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən politoloq Asif Nərimanlı Əliyevin Türkiyə səfərinin gündəliyində iki məsələnin önəmli olduğunu vurğulayıb.

 

Onun sözlərinə görə, bunlardan biri İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimidir:

 

“Naxçıvanın enerji təhlükəsizliyində strateji əhəmiyyətə malik olan kəmər İran faktorunu neytrallaşdırmağa imkan verir. Muxtar vilayətin qazla təminatı Azərbaycan və İran arasında svop müqaviləsi ilə həyata keçirilib, lakin daim riskli olub. 44 günlük müharibədən sonra İran Azərbaycana qarşı aqressiv siyasətdə Naxçıvana çıxış və enerji təhlükəsizliyini rıçaqlardan biri kimi istifadə edirdi, hətta 2021-ci ildə Tehranın muxtar vilayətin qazını kəsdiyinə dair qeyri-rəsmi məlumatlar yayılmışdı. İran ətrafında mümkün gərginlik xəttinin inkişafı Naxçıvanın enerji təhlükəsizliyi üçün riskli perspektilər vəd edir. İğdır-Naxçıvan kəməri bu riskləri və İrandan asılılığı aradan qaldıracaq”.

 

Politoloq qeyd edib ki, Bakı, Zəngəzur dəhlizini Naxçıvana çıxış və enerji təhlükəsizliyinin təmin edilməsindəki alternativ layihə kimi nəzərdə tutur:

 

“Hərçənd, layihənin nə zaman və hansı şərtlərlə gerçəkləşəcəyi proseslərin inkişafından asılı olacaq. İğdırdan kəmərin çəkilməsi real infrastruktur imkanlarından istifadə edilməklə yanaşı, alternativ xəttin yaradılmasına da hesablanıb. Zəngəzur dəhlizi reallaşdıqdan sonra bu istiqamətdə də kəmərin çəkilməsi planlaşdırılır, lakin bu baş tutsa belə, İğdır kəməri muxtar vilayətin təhlükəsizliyinin bir mənbədən asılı olmaması baxımından strateji əhəmiyyət daşıyır”.

 

A.Nərimanlı  görüşü Bakı və Ankaranın baş verən gərgin geosiyasi hadisələr fonunda “saatlarını yoxlayırlar” ifadəsi ilə şərh edib:

 

“Tramp Amerikasının, eləcə də ABŞ-Rusiya anlaşmasının yaradacağı geosiyasi dəyişikliklər və bunun Yaxın Şərq, Cənubi Qafqaz, Orta dəhliz coğrafiyasına təsirləri aktualdır. Əliyevlə Ərdoğanın “saatları yoxlaması”na, baş verə biləcək hadisələrə hazırlıqlı olmasına ehtiyac var”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Prezident sərəncam İMZALADI

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün F...

Baqrat Qalstanyan həbs edildi - Dövlət çevrilişi etmək istəyirmiş

Ermənistan Milli Təhlükəsizlik Xidməti keşiş Baqrat Qalstanyanı saxlayıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, müxalif “Vətən uğrunda Ta...

"100 manata 9 sm boy artımı" vədi: Azərbaycanda yeni dələduzluq? – VİDEO

  "Cəmi 100 manat ver, 9 santimetrə qədər boyunu uzadaq. Aparatla ağrısız və əməliyyatsız boy artımı".   Sfera.az Xəzər TV-yə ...

Böyük Britaniya müharibəyə hazırlaşır - Yeni təhlükə siqnalı var?

Böyük Britaniya ilk dəfə olaraq milli təhlükəsizlik strategiyasında öz ərazisində baş verə biləcək müharibəyə və hərbi münaqişəyə hazırlıq ehtiyacından açıq şək...

Azərbaycan nefti ucuzlaşdı: Nələr gözlənilir?

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,96 ABŞ dolları, yaxud 9,94 % azalaraq 72,12 ABŞ dolları təşkil edib. Ü...

Viza "düzəldən" şəxs həbs edildi - FOTO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində vətəndaşları xarici ölkələrə işə düzəltmək və viza almaq vədi ilə aldadan ş...