Ceyhun Bayramov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşdü


Ceyhun Bayramov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) baş katibi İsiaka Abdulqadir İmam ilə görüşüb.

 

Sfera.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın D-8-ə üzvlüyündən irəli gələn əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

 

Ceyhun Bayramov D-8-in ötən ilki sammiti çərçivəsində ölkəmizin Təşkilata üzv seçilməsinin Azərbaycanın artan regional və beynəlxalq nüfuzunun, habelə Təşkilat tərəfindən göstərilən etimadın təcəssümü olduğunu məmnunluqla qeyd edib.

 

Üzvlüyümüzün öz növbəsində D-8-in tarixində ilk genişlənmə olaraq tarixə düşdüyü, öz növbəsində ölkəmizin təmsilçiliyinin, o cümlədən Təşkilatın coğrafiyasının genişlənməsində mühüm rol oynadığı qeyd edilib.

 

Azərbaycanın bundan sonra da ikitərəfli əsasda, o cümlədən D-8 çərçivəsində üzv dövlətlərlə əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyi qeyd olunub.

 

Tərəflər, eyni zamanda D-8 çərçivəsində müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, kommunikasiyalar, humanitar, təhsil və s. sahələr üzrə əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu qeyd edərək, bu istiqamətdə gələcək planlar üzrə müzakirə aparıblar.

 

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumatlandırıb.

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

"100 manata 9 sm boy artımı" vədi: Azərbaycanda yeni dələduzluq? – VİDEO

  "Cəmi 100 manat ver, 9 santimetrə qədər boyunu uzadaq. Aparatla ağrısız və əməliyyatsız boy artımı".   Sfera.az Xəzər TV-yə ...

Böyük Britaniya müharibəyə hazırlaşır - Yeni təhlükə siqnalı var?

Böyük Britaniya ilk dəfə olaraq milli təhlükəsizlik strategiyasında öz ərazisində baş verə biləcək müharibəyə və hərbi münaqişəyə hazırlıq ehtiyacından açıq şək...

Azərbaycan nefti ucuzlaşdı: Nələr gözlənilir?

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,96 ABŞ dolları, yaxud 9,94 % azalaraq 72,12 ABŞ dolları təşkil edib. Ü...

Viza "düzəldən" şəxs həbs edildi - FOTO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində vətəndaşları xarici ölkələrə işə düzəltmək və viza almaq vədi ilə aldadan ş...

Aktyordan cərraha, bankirdən jurnalistə – Müasir liderlərin peşələri

Müasir dünyanın prezident və liderləri təkcə siyasi kimlikləri ilə deyil, həm də keçmiş peşələri ilə də diqqət çəkir. Çünki onların prezident və ya lider olmamı...

Bayram günlərində hava necə olacaq?

Bayram günlərinin hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə iyunun 26-da Bakıda və Abşero...