Neftin qiyməti ucuzlaşır
10:12 / 23.01.2017
1136
Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb.
Bu barədə Bloomberg-ə istinadən xəbər verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,13% azalaraq 55,42 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,17% ucuzlaşaraq 53,13 dollar təşkil edib.