İcra başçısından sensasion açıqlama: "Getsəm, ölərəm..."-ÖZƏL

İcra başçısından sensasion açıqlama:
"21 ildir icra başçısı işləyir, yenə də deyir vəzifədən alınsam ürəyim yatar”.

Bunu Tərəfdar.az-a Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov haqda həmin İH-də işləyən adının çəkilməyini istəməyən şəxs deyib: "Ötən il səhhətində problem yaranmışdı, ürəyindən şikayəti vardı. Onda demişdi ki, məni heç bir xəstəlik yıxa bilməz, amma vəzifəmdən olsam ölərəm. Bu adamın gözü vəzifədən doymur”.

Tərəfdar.az xatırladır ki, T.Qaraşov 1996-2002-ci illərdə Kürdəmir, 2002-2006-cı illərdə Cəlilabad, 2006-2011-ci illərdə Neftçala, 2011-2012-ci illərdə Astara rayonlarının icra başçısı işləyib. 2012-ci ilin aprel ayından Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısıdır. 1959-cu ildə Kürdəmir rayonunda anadan olub. İxtisası inşaatçı-mühəndis və politoloqdur.

Onun haqqında ən çox söylənən həddən artıq böyük varidata sahib olmasıdır. Hətta bəzi məlumatlara görə, başçının var-dövləti o həddədir ki, onun hər səfalı rayonda villası, imarəti var: "Çox böyük imarətlərindən biri də Lənkaran meşəliyində yerləşir. Lənkərana rəhbər gəldiyi gündən rayonda keçirilən bütün tenderləri oğluna həvalə edib milyonlara sahib olan icra başçısı əndazəsiz var-dövlət yığıb. Astara istiqamətində prezidentin iqamətgahına çox yaxın ərazidə də özünə villa tikdirib”. 

Tərəfdar.az yaxın günlərdə Lənkəranda keçirilən tenderlərlə bağlı araşdırma təqdim edəcək. Bizi izləyin.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Tərəfdar.az

OXŞAR XƏBƏRLƏR

Prezidentin Pezeşkianla səmimi - GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycanda rəsmi səfərdə olub.   Sfera.az-ın məlumatına görə, Azərbaycan Prezi...

Enginlə Afra tərəf müqabili oldu

Türkiyəli aktyor Engin Akyürek sonuncu dəfə "Yalı çapkını" serialında rol alan həmkarı Afra Saraçoğlu ilə tərəf müqabili olub.   Sfera.az x...

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....