FHN dəhşətli qəza ilə bağlı açıqlama yaydı


FHN dəhşətli qəza ilə bağlı açıqlama yaydı

Ağcabədi rayonu, Xocavənd kəndi ərazisində baş verən yol-nəqliyyat qəzasına Fövqəladə Hallar Nazirliyinin xilasediciləri də cəlb edilib.

 

Bu barədə Sfera.az-a FHN-in mətbuat xidmətindən bildiriblər.

 

Məlumatda deyilir: "Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək “MERCEDES” və "VAZ 2106" markalı minik avtomobilləri ilə toqquşması nəticəsində zəncirvari yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən edilib".

 

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sıxılı vəziyyətdə qalmış meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Yol-nəqliyyat qəzası zamanı 5 nəfər həyatını itirib.

 

Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


OXŞAR XƏBƏRLƏR

Kənddə qeydiyyatda olan uşaq şəhərdə məktəbə gedə biləcək - Rəsmi

Kənd qeydiyyatında olan uşaqları şəhərdəki məktəblərə qoymaq mümkündür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu MÜTDA-nın Ümumi təhsilin tə...

Xaricdə təhsil alacaq 356 gəncdən 60-sı ADNSU-nun məzunu olacaq

2025–2026-cı tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Döv...

Bəzi müəllimlər Qarabağa köçürülür? - RƏSMİ CAVAB

Azad olunmuş ərazilərə qayıdış prosesi sürətlənib.   Bəs regionlarda yerləşən məcburi köçkün məktəblərinin kollektivi və müəllim heyətinin fəaliyyəti...

MİQ üzrə vakant yerlər niyə gizlədilib? - RƏSMİ CAVAB

Müəllimlərin İşə Qəbulu üzrə vakant yerlərin gizlədilməsi məsələsinə aydınlıq gətirilib.   Sfera.az bildirir ki, bu barədə APA-nın sorğusuna cav...

20 mindən çox uşaq məktəbəhazırlıq qruplarına qəbul olunub

20 mindən çox uşaq məktəbəhazırlıq qruplarına qəbul olunub.   Sfera.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilalanlarla iş sek...

Yaponiyada səssiz böhran: Əhali azalır, 4 milyon ev boşdur

Yaponiyada demoqrafik böhran getdikcə dərinləşir.  Rəsmi məlumatlara görə, 2024-cü ildə ölkənin əhalisi rekord səviyyədə azalıb. Əhali bir il ərzində ...