Qışda bu çayları için - RESEPTLƏR

Qışda bu çayları için - RESEPTLƏR

Soyuq günlərdə içimiz isinsin deyə isti çay içməyə üstünlük veririk.

Sfera.az lent.az-a istinadən məhz bu niyyətlə qışda içinizi isidəcək çay reseptlərini təqdim edir.

Alma çayı
 
1 ədəd alma
2-3 ədəd mixək
2-3 toxum qara istiot
1 ədəd darçın
Limon
 
Almanı qabıqları ilə qaynayan suyun içərisinə dilimləyin. Bir tülbəndin içərisinə mixək, qara istiot və darçını qoyub qaynayan suya atın. Almalar qaralmasın deyə suya limon sıxın. Yaxşı qaynayıb rəng aldıqdan sonra oddan götürün. Bir az ilıqlandıqdan sonra içərisinə limon və istəyə bağlı az miqdarda bal əlavə edə bilərsiniz. Şəkər qatmadan istədiyiniz qədər şəkərsiz şəkildə içə bilərsiniz.
 
Nanə çayı
 
3-4 ədəd nanə yarpağı
Dəmliyin yarısı qədər qaynar su
Arzuya görə şəkər tozu
 
Nanəni yuduqdan sonra əlinizlə qoxusu çıxana qədər yüngülcə ovun. Dəmliyinizə nanəni atın və qaynar suyu töküb qapağını bağlayın. 15 dəqiqə dəmlənməsini gözləyin.
 
İtburnu çayı
 
1 stəkan itburnu
4-5 stəkan su
1 kiçik çubuq darçın
 
Bir böyük fincan üçün 2 çay qaşığı üyüdülmüş itburnunun üzərinə isti su əlavə edilir və 15-20 dəqiqə dəmlənir. Balla dadlandırmaq da olar. Gündə bir fincan içməyin heç bir zərəri yoxdur. İtburnu bitki çayları arasında ən etibarlısıdır.
 
Çobanyastığı çayı
 
1 stəkan su
½ yemək qaşığı çobanyastığı
 
1 stəkan suyu qaynadın. Qaynadıqdan sonra odu söndürün, yarım yemək qaşığı çobanyastığını içinə atıb, dəmlənməsini gözləyin.
 
Portağal çayı
 
1 yemək qaşığı qurudulmuş portağal qabığı
4 stəkan isti su
1 çay qaşığı bal
 
Su, mixək və portağal qabığını orta odda 5 dəqiqə qaynadın. Oddan götürüb 3 dəqiqə saxlayın və süzün. Bal əlavə edib qarışdırın.
 
Razyana çayı
 
1 fincan su
1-2 çay qaşığı razyana
Əlavə dad üçün təzə portağal qabığı qoya bilərsiniz.
 
1 fincan qaynar suyun içinə 1-2 çay qaşığı razyana toxumu əlavə edin.
 
Yaşıl çay
 
Digər bitki çaylarında olduğu kimi yaşıl çayı da hazırlayarkən birbaşa qaynar suyun içinə atmayın. Qaynamış suyu ocaqdan götürün və 3-4 dəqiqə soyumasını gözlədikdən sonra 1 stəkan üçün 1 çay qaşığı dolu qurudulmuş yaşıl çay yarpağını atın. Yaşıl çay 2-3 dəqiqədə dəmlənir. Bu müddəti keçsəniz, çayın dadı acılaşacaq.
 
Zəncəfil çayı
 
1 kök zəncəfil
1 ədəd portağal
1 çay qaşığı bal
Limon
 
Zəncəfili rəndələyin, ya da halqa-halqa doğrayıb qaynayan suya əlavə edin. 10 dəqiqə qaynatdıqdan sonra oddan götürün. Portağalı sıxın və bu qarışıma əlavə edin. İstəsəniz, limon və ya bal da əlavə edə bilərsiniz.
 
Cökə çayı
 
1 qəhvə fincanı cökə bitkisi
1 fincan su
 
Suyu qaynatdıqdan sonra cökəni suyun içinə atın, daha sonra süzüb içməyə hazır hala gətirə bilərsiniz. 


OXŞAR XƏBƏRLƏR

Bakıya gətirilən daha 7 yaralı Yeni Klinikaya YERLƏŞDİRİLDİ -VİDEO

AZAL-a məxsus təyyarə qəzasında xəsarət alanlardan növbəti 7 nəfər Yeni Klinikaya yerləşdirilib. Sfera.az xəbər verir ki, onlar Aktaudan AZAL-ın xüsus...

Zelenski ABŞ-nin Ukraynaya hərbi yardımını artırdığını bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Ukraynaya hərbi yardımını artırdığını deyib. Sfera.az xəbər verir ki, bu barədə o, axşam çıxışında bildirib. ...

Pilotlar təyyarəni buna görə dənizə endirməyib - Kapitan danışdı

AzTV-də yayımlanan “Hədəf” verilişində qəzadan sonra müzakirə olunan sualları AZAL-ın kapitanı ətraflı şəkildə cavablandırıb.   Sfera.az ...

Qazaxıstanda Xəzərə çələnglər buraxıldı

"Azərbaycan Hava Yolları"na məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin necə qəzaya uğraması nəticə...

Son paylaşımını Azərbaycan dilində yazıbmış...

Xəbər verdiyimiz kimi, ötən gün Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində 6 Qazaxıstan vətəndaşı həlak olub. Onlar arasında Qazaxı...

Tünzalə Ağayeva təyyarə qəzası ilə bağlı paylaşım etdi - VİDEO

Xalq artisti Tünzalə Ağayeva ötən gün baş verən dəhşətli təyyarə qəzası ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki, müğənni, şəxsi “İns...