Maşının "baqajı"nda gizlənib Türkiyəyə getmək istədi - FOTO

Maşının "baqajı"nda gizlənib Türkiyəyə getmək istədi - FOTO

Fevralın 26-da saat 23:04-də Sərhəd Nəzarəti Komandanlığının "Sədərək" dövlət sərhədindən buraxılış məntəqəsində dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb.

 

Sfera.az  xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin birgə məlumatında deyilir.

 

Belə ki, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Azərbaycandan Türkiyə Respublikası istiqamətinə hərəkətdə olan 1982-ci il təvəllüdlü İsmayılov Müseyib Ramiz oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobilinə baxış zamanı əvvəlcədən hazırlanmış saxlanc yerində gizlənən Azərbaycan Respublikası vətəndaşı - 1988-ci il təvəllüdlü Gözəlov Nicat Ehtiram oğlu aşkarlanmışdır.

 

Araşdırma zamanı saxlanılan şəxsin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu müəyyən edilmişdir.

 

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Məqaləyə dair fotomateriallar:


OXŞAR XƏBƏRLƏR

Kənddə qeydiyyatda olan uşaq şəhərdə məktəbə gedə biləcək - Rəsmi

Kənd qeydiyyatında olan uşaqları şəhərdəki məktəblərə qoymaq mümkündür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu MÜTDA-nın Ümumi təhsilin tə...

Xaricdə təhsil alacaq 356 gəncdən 60-sı ADNSU-nun məzunu olacaq

2025–2026-cı tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Döv...

Bəzi müəllimlər Qarabağa köçürülür? - RƏSMİ CAVAB

Azad olunmuş ərazilərə qayıdış prosesi sürətlənib.   Bəs regionlarda yerləşən məcburi köçkün məktəblərinin kollektivi və müəllim heyətinin fəaliyyəti...

MİQ üzrə vakant yerlər niyə gizlədilib? - RƏSMİ CAVAB

Müəllimlərin İşə Qəbulu üzrə vakant yerlərin gizlədilməsi məsələsinə aydınlıq gətirilib.   Sfera.az bildirir ki, bu barədə APA-nın sorğusuna cav...

20 mindən çox uşaq məktəbəhazırlıq qruplarına qəbul olunub

20 mindən çox uşaq məktəbəhazırlıq qruplarına qəbul olunub.   Sfera.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilalanlarla iş sek...

Yaponiyada səssiz böhran: Əhali azalır, 4 milyon ev boşdur

Yaponiyada demoqrafik böhran getdikcə dərinləşir.  Rəsmi məlumatlara görə, 2024-cü ildə ölkənin əhalisi rekord səviyyədə azalıb. Əhali bir il ərzində ...