İkimərtəbəli ev yandı - VİDEO

İkimərtəbəli ev yandı - VİDEO

 

Qazax rayonu, Əliağa Şıxlınski küçəsində fərdi yaşayış evində yanğın baş verib.

 

Sfera.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 400 kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
 

Yanğın nəticəsində yeddiotaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində bir otağın tavanı və dam örtüyünün taxta atmaları 50 kv.m. sahədə yanıb.
 

Evin böyük hissəsi və bitişik ev yanğından mühafizə olunub.



OXŞAR XƏBƏRLƏR

İsti hava dalğası zəifləyir - Bu tarixdən hava mülayimləşəcək

Uzun müddət davam edən isti hava dalğasından sonra avqustun 8-i axşamdan şimal-qərb küləyinin arabir güclənəcəyi, 12-dək davam edəcəyi gözlənilir.   ...

Məktəbəhazırlıq qrupuna getməyən uşaqlar birinci sinfə qəbul olacaq?

Məktəbəhazırlıq qrupuna getməyən uşaqların birinci sinfə qəbulunda heç bir maneə yoxdur.   Sfera.az xəbər verir ki, bunu MÜTDA-nın Ümumi təhsili...

Tramp: "Yaxın Şərqin "İbrahim razılaşmaları"na qoşulması vacibdir"

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə olan bütün ölkələrin “İbrahim razılaşmaları”na qoşulmasının vacib olduğunu bildirib.   Sfera.az ...

Kənddə qeydiyyatda olan uşaq şəhərdə məktəbə gedə biləcək - Rəsmi

Kənd qeydiyyatında olan uşaqları şəhərdəki məktəblərə qoymaq mümkündür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu MÜTDA-nın Ümumi təhsilin tə...

Xaricdə təhsil alacaq 356 gəncdən 60-sı ADNSU-nun məzunu olacaq

2025–2026-cı tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Döv...

Bəzi müəllimlər Qarabağa köçürülür? - RƏSMİ CAVAB

Azad olunmuş ərazilərə qayıdış prosesi sürətlənib.   Bəs regionlarda yerləşən məcburi köçkün məktəblərinin kollektivi və müəllim heyətinin fəaliyyəti...