Beyləqanda 6 otaqlı ev yandı

Hadisə
20:20 / 23.02.2025
13397
Beyləqan rayonunun Birinci Şahsevən kəndində ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.