Gen terapiyası nədir, nə işə yarayır? - Həkimdən AÇIQLAMA

Gen terapiyası nədir, nə işə yarayır? - Həkimdən AÇIQLAMA

Son illərdə genetik xəstəliklərin müalicəsi sahəsində böyük irəliləyişlər əldə edilib. Xüsusilə gen terapiyası tibbin ən yenilikçi və perspektivli sahələrindən biri olaraq diqqət çəkir. 

 

Bəs genetik xəstəliklər nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim Eldəniz Bayramov bildirib ki, genetik xəstəliklər insanın genetik kodunda baş verən dəyişikliklər səbəbindən meydana gəlir:

 

"Bu xəstəliklər təkcə irsi olaraq nəsildən-nəsilə keçmir. Bəzən təsadüfi genetik mutasiyalar da bu cür xəstəliklərə səbəb ola bilər. Məsələn, siyanotik ürək xəstəliyi, hemofiliya və bəzi nevroloji xəstəliklər genetik xəstəliklər arasında yer tutur. Gen terapiyası genetik xəstəliklərin müalicəsi üçün istifadə olunan ən yenilikçi yanaşmalardan biridir. Gen terapiyasının məqsədi xəstəliyə və ya sindroma səbəb olan spesifik genin pozulmuş funksiyasını bərpa etməkdir".

 

 Həkim qeyd etdi ki, son illərdə genetik modifikasiya sahəsindəki ən böyük yeniliklərdən biri "CRISPR-Cas9" metodunun inkişafıdır:


"Bu metod genetik materialın çox dəqiq bir şəkildə dəyişdirilməsinə imkan verir. "CRISPR-Cas9" metodu, xüsusilə irsi xəstəliklərin müalicəsi üçün böyük perspektivlər vəd edir.Hal-hazırda müalicəsi olmayan bir çox genetik xəstəliklər üçün bu metod yeni ümidlər doğurur. Lakin gen terapiyasının tətbiqi hələ də bəzi çətinliklərlə üzləşir. Ən böyük maneələrdən biri terapiyanın effektivliyini və təhlükəsizliyini təmin etməkdir. Həmçinin genetik modifikasiyaların etik tərəfləri də müzakirə edilir. İnsan genetik kodunun dəyişdirilməsi, bəzi insanlar tərəfindən mübahisəli hesab olunur.Lakin müsbət tərəfi budur ki, genom terapiyasının tətbiqi ilə müxtəlif genetik xəstəliklərə qarşı mübarizədə yeni dövr başlayıb. Üstəlik bu sahədə aparılan tədqiqatlar, digər müalicə metodları ilə birləşdirildikdə daha da effektiv nəticələr verə bilər".


Ülkər Abdurahmanlı
 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...