Azərbaycan avtomobilləri hansı ölkələrdən alır? – ARAŞDIRMA

Azərbaycan avtomobilləri hansı ölkələrdən alır? – ARAŞDIRMA

2024-cü ildə Azərbaycan 82 434 ədəd minik avtomobili idxal edib. Bu qədər avtomobilin idxalına 1,566 milyard dollar pul xərclənib. 


Sfera.az xəbər verir ki, Azərbaycan minik avtomobillərini bir neçə ölkədən alıb. Amma daha çox avtomobil alınan ölkələr Cənubi Koreya, Çin, Yaponiya və ABŞ-dir. Bu ölkələrlə yanaşı Almaniyadan, Meksikadan və Böyük Britaniyadan da çox sayda avtomobil gətirilib. 


2024-cü il ərzində Cənubi Koreyadan 22 279 ədəd, Çindən 19 404 ədəd, Yaponiyadan 12 221 ədəd, ABŞ-dən 10 357 ədəd avtomobil idxalı həyata keçirilib. İdxalda beşinci sırada Almaniya (5 900 ədəd), altıncı yerdə Meksika (5 464 ədəd), yeddinci yerdə Böyük Britaniya (2 143 ədəd) dayanıb. 


Digər ölkələrdən idxal edilən avtomobillərin sayı 1000 ədəddən azdır. Bu qrup ölkələrə Rusiya, Cənubi Afrika Respublikası, Çexiya, Slovakiya, İspaniya, İtaliya daxildir. 
Maraqlı fakt ondan ibarətdir ki, uzun illər Azərbaycana ən çox avtomobil ixrac edən Gürcüstan siyahıda yoxdur. Qonşu ölkədən Azərbaycana demək olar ki, avtomobil idxal edilməyib. Gürcüstandan idxalın sıfıra düşməsinin əsas səbəbi quru sərhədlərin bağlı olmasıdır. 


Vasif
  
 


OXŞAR XƏBƏRLƏR

Novxanıda dənizdə 2 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub. ...

Azərbaycanda da sevilən müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin tanınmış müğənnisi və bəstəkarı Nazan Öncel yenidən xəstəxanaya yerləşdirilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə &...

Litvalı jurnalist: İlham Əliyev bütün çətin suallara qətiyyətlə və səmimi cavab verdi

Azərbaycan bu gün özünü mürəkkəb çağırışların öhdəsindən gəlməyi bacaran və davamlı inkişaf yolunda inamla irəliləyən güclü, dözümlü və etibarlı ölkə kimi nümay...

Hikmət Hacıyev: Qlobal mediaforum Şuşada təsadüfən təşkil olunmayıb

Şuşa Azərbaycan xalqı üçün çox dəyərli bir yerdir və qlobal media forumunun keçirildiyi yer kimi bura təsadüfən seçilməyib.   Sfera.az Report-a ...

Prezidentin köməkçisi: 44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı

44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi &mi...

Tanınmış müğənniyə ağır itkiMüğənni Yaşar Cəlilovun ailəsinə ağır itki üz verib.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, sənətçinin anası Maisə xanım gecə saa...