"Nüşabə Ələsgərli övladlarına xarici ölkələrdə ev alıb"

"Nüşabə Ələsgərli övladlarına xarici ölkələrdə ev alıb"

"Şou-biznesdə varlılar çoxdur. Deyilənlərə görə, ən varlısı Nüşabə Ələsgərlidir. İndi gəlib mənimlə dalaşacaq".

 

Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Həftənin qonağı" verilişində deyib.

 

O, şou-biznesin ən varlı müğənnisinin Əməkdar artist Nüşabə Ələsgərli olduğunu vurğulayıb. O, bildirib ki, həmkarı övladlarına xarici ölkələrdə ev alıb:

 

"Qızına Belçikada, oğluna Estoniyanın paytaxtı Tallində ev alıb". 

 

Aparıcı Ülvira Qarayeva ötən həftələrdə verilişində qonaq olan N.Ələsgərlidən bu barədə soruşduğunu, lakin "Bu, belə deyil" cavabını aldığını söyləyib. V.Məhərrəmli həmkarının yalan danışdığını qeyd edib:

 

"Yalandan deyir. Amma halal xoşu olsun, əziyyət çəkir. Burada da qəşəng evi, bağı, obyekti var.

 

Mənim kimi ətrafında problem olan adamların qazandığı əlində qalmır. Bütün xərcləri mən çəkirəm, qardaşıma göndərirəm. Bu, artan xətt üzrə davam edir. Qardaşımın oğlunun toyunu mən etdim. Rayondakı evini mən təmir etdirdim, içini döşədim. Xanımın ailəsi pul baxımından mənə yaxın gəlmirlər, yalan deyə bilmərəm. 

 

Elə adam var onda qazandığı bərəkətli olur, digərində yox. Hər şeyi Allah nizamlayır. Gecə-gündüz çıxıb müğənnilərdən danışırlar ki, oxuya bilmirlər, bayağıdırlar. Amma bütün gün toydadırlar. Bunu sən, mən etmirik. Allahın lütfüdür". 

 

Qeyd edək ki, daha əvvəl aparıcı Elgiz Əkbər də açıqlamasında şou-biznesin ən varlı müğənnisinin Nüşabə Ələsgərli olduğunu deyib./axşam.az

 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...