"Bu stansiyaya "Odlar Yurdu" adı verilə bilər" - AÇIQLAMA

"Bu stansiyaya "Odlar Yurdu" adı verilə bilər" - AÇIQLAMA

Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planına əsasən Bakı şəhərində və digər böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə və metro stansiyalarına yeni adların verilməsi nəzərdə tutulur. 

 

Maraqlıdır, sözügedən yerlərdən, xüsusən də metro stansiyalarından hansıların adlarının dəyişdirilməsi gözlənilir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, burada bir neçə məqam var. Onun sözlərinə görə, bunlardan biri küçə və prospektlərin adı ilə yanaşı yaşayış məntəqələrinin adı ilə bağlıdır:


“Həmin yaşayış məntəqələrinin 1200-ə yaxını ənənəvi olaraq sovet illərində dəyişdirilmiş bölgə adlarıdır. İşğaldan azad edilmiş ərazilər üzrə bu siyahını daha da genişləndirmək olar. Kəndin 200 ailəsindən 15-i ermənilərdən ibarət olubsa, adını erməniləşdiriblər. Bu kimi hadisələr daha da qabardılmalıdır”.


A.Əsədov qeyd edib ki, “Bakmil”, “Ulduz”, “Xalqlar dostluğu” və “İnşaatçılar” stansiyalarının adları artıq dövrümüzlə uzlaşmır.


O təklif etdi ki, adlar milli dəyərlər fonunda dəyişdirilsin:


“Şəhid, milli qəhrəman, aktyor və elm xadimlərinin adları ümumiləşdirilmiş adları təzahür edə bilər, amma ümumi xalqı xarakterizə etməsi daha yaxşı olar. Məsələn, “Xalqlar dostluğu” stansiyasına “Odlar Yurdu” adı vermək olar. Ad milliyyətin milli xüsusiyyətini əks etdirməlidir. Hər hansısa Azərbaycanı tanımayan xarici vətəndaş ölkəyə gələndə artıq xalqın strukturunu bilməlidir. Bundan başqa, hansısa türksoylu xalqların adlarını əbədiləşdirmək üçün stansiyalara verilə bilər. Məsələn, “Qaquazlar” və “Sibir” adları istifadə oluna bilər. Biz türk toponimindən gəlmişiksə, genofonda hesablanmış addımlar atmalıyıq”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...