"Mançester Yunayted" İtaliya klubunun futbolçusunu transfer edəcək

İdman
12:44 / 01.02.2025
38516
İngiltərənin "Mançester Yunayted" klubu İtaliya təmsilçisi "Leççe"nin futbolçusu Patrik Dorqunu transfer edəcək.
Sfera.az xəbər verir ki, məlumatı A Seriyası komandasının baş məşqçisi Marko Campaolo təsdiqləyib.
"Qırmızı şeytanlar" bu keçid üçün qarşı tərəfə 35-40 milyon avro ödəyəcək.
20 yaşlı danimarkalı vinger cari mövsüm "Leççe"nin heyətində 23 matçda meydana çıxıb və 3 qol vurub.