Çuğundurun faydaları və ziyanları
16:37 / 17.01.2017
3326
Çuğundur mətbəximizdə istifadə edilən tərəvəzdir. Çuğundurun faydalı olduğu barədə hər zaman eşidirik.
Ölkə.Az bu gün çuğundurun faydaları və ziyanı haqda məlumat verəcək.
Tərkibi
Çuğundurun tərkibi azotlu maddələr və zülalla zəngindir.
Onun tərkibində olan qamma amin yağlı turşular beyindəki maddələr mübadiləsinə kömək edir.
Çuğundurun tərkibi əvəzedilməz turşularla zəngindir. Bu tərəvəzin tərkibində birləşmiş betain maddəsi, xolin maddəsi var. Xolin qara ciyərin yağlanmasının qarşısını alır.
Çuğundurun tərkibində B1, B2, C, karotin maddələri var.
Bundan başqa mikro elementlər və mineral maddələrlə də zəngindir: dəmir, marqans, yod, bor, vanadium, molibden, kobalt, ftor, sink və rubidium.
100 qram çuğundurun tərkibində 40 kkal kalori var.
Faydaları
Çuğundur qara ciyər xəstəliklərində məsləhət görülür. Onun tərkibində olan maddələr damargenişləndirici və sakitləşdirici təsirə malikdir.
Bu maddələr orqanizmdən artıq mayeni çıxarır və ürəyin normal fəaliyyətinə müsbət təsir göstərir. Bu səbəbdən ateroskleroz, gipertoniya və ürək-damar xəstəliklərində qida rasionuna çuğundur əlavə etmək məsləhət görülür.
Çuğundurun tərkibində pektin maddəsinin miqdarı çoxdur və bu maddə orqanizmə radioaktiv metalların təsirindən qorunmağa, zərərli mikro orqanizmlərin yaranmasının qarşısını almağa və zərərli xolesterini orqanizmdən çıxarmağa kömək edir.
Çuğundur qan yaradır və tərkibində dəmir və mis var. Qan azlığı və qan damarları xəstəlikləri üçün ən yaxşı tərəvəz sayılır.
Yorğunluq, əldən düşmə nəticəsində yaranan ciddi xəstəliklər zamanı məsləhət görülür. Kalori midarı az, enerji yığmaq üçün faydalıdır.
Qaynadılmış çuğundurun tərkibində faydalı maddələr öz təsirini itirmir.
Çuğundur şirəsi qanın tərkibini yaxşılaşdıran ən yaxşı şirə sayılır. Amma bu şirəni yavaş-yavaş içmək lazımdır. Çünki 1 stəkan çuğundur şirəsi ürəkbulantısı və başgicəllənməsinə səbəb ola bilər. Ona görə də əvvəlcə yerkökü şirəsi ilə qarışdırıb içmək lazımdır.
Çuğundur şirəsi angina, soyuqdəymə və faringitin müalicəsində tətbiq edir. Bu şirənin damcısı eşitmə qabiliyyətini yaxşılaşdırır.
Ziyanı
Sidik kisəsində daşdan əziyyət çəkənlərə çuğundur məsləhət görülmür. Çünki bu tərəvəzin tərkibində şavel turşusu var.
Mədə-bağırsaq sistemində problem olanlara çiy çuğundur məsləhət görülmür.
Gipertoniklər də çuğundurla ehtiyatlı olmalıdırlar. Çünki onun tərkibində olan maddə və çuğundur şirəsi arterial təzyiqi artırır. Bu isə ürəkbulanma və başgicəllənməsinə səbəb ola bilər.