Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

 

"Unikal" xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə 1/16 finalın cütlükləri bəlli olacaq.

 

Püşkatmada əsas mərhələdə 9-24-cü yerləri tutan 16 komanda - “Atalanta”, “Milan”, "Yuventus" (hamısı İtaliya), “Borussiya Dortmund”, “Bavariya” (hər ikisi Almaniya), “Real Madrid” (İspaniya), PSV, "Feyenoord" (hər ikisi Niderland), PSJ, "Brest", "Monako" (hamısı Fransa), "Benfika", "Sportinq" (hər ikisi Portuqaliya), "Seltik" (Şotlandiya), "Mançester Siti" (İngiltərə), "Brügge" (Belçika) iştirak edəcək.

 

Komandaların potensial rəqibləri

 

“Monako”: PSJ və ya “Benfika”

 

“Brest”: PSJ və ya “Benfika”

 

PSJ: “Monako” və ya “Brest”

 

“Benfika”: “Monako” və ya “Brest”

 

“Sportinq”: “Atalanta” və ya “Borussiya Dortmund”

 

"Brügge": “Atalanta” və ya “Borussiya Dortmund”

 

“Atalanta”: “Sportinq” və ya "Brügge"

 

“Borussiya Dortmund”: “Sportinq” və ya "Brügge"

 

"Seltik": “Real Madrid” və ya “Bavariya”

 

"Mançester Siti": “Real Madrid” və ya “Bavariya”

 

“Real Madrid”: "Seltik" və ya "Mançester Siti"

 

“Bavariya”: "Seltik" və ya "Mançester Siti"

 

"Feyenoord": “Milan” və ya PSV

 

"Yuventus": “Milan” və ya PSV

 

“Milan”: "Feyenoord" və ya "Yuventus"

 

PSV: "Feyenoord" və ya "Yuventus"

 

Bu raundun oyunları 11-12 və 18-19 fevralda keçiriləcək.

 

Qeyd edək ki, Liqa mərhələsində ilk 8 yeri tutan kollektivlər - “Liverpul”, “Arsenal”, “Aston Villa” (hamısı İngiltərə), “İnter” (İtaliya), “Barselona”, “Atletiko Madrid” (hər ikisi İspaniya), “Bayer” (Almaniya), və “Lill” (Fransa) isə birbaşa turnirin 1/8 finalına yüksəliblər. Bu mərhələnin püşkatma mərasimi fevralın 21-də, matçları isə 4-5 və 11-12 martda oynanılacaq.


OXŞAR XƏBƏRLƏR

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...