10 uşaq anası onları eyni geyindirməyinin səbəbini izah etdi - FOTOLAR

10 uşaq anası onları eyni geyindirməyinin səbəbini izah etdi - FOTOLAR

Evli cütlük Mitç və Çela Rodi böyük ailələrini sevirlər. Artıq 10 uşaqlarının olmasına baxmayaraq, onlar gələcəkdə ailələrini genişləndirməyi səbirsizliklə gözləyirlər. Valideynlər böyük ailə qurmağı planlaşdırmasalar da, 2008-ci ildə dünyaya gələn ilk əkizlərinə olan sevgiləri bu qərarı dəyişib.

 

Sfera.az bildirir ki, Avstraliyada yaşayan böyük ailə birlikdə çox vaxt keçirir: eyni yemək yeyir və hətta eyni paltarlar geyinir. Bundan əlavə, ailə üzvləri növbə ilə günün rəngini seçirlər.

 

Mitç deyir: "Mən sadəcə olaraq axınla getdim. Əvvəl əkizlər gəldi, sonra üçüncü, dördüncü, beşinci, altıncı körpə. Top yuvarlanmağa davam etdi, sanki boulinq oynamaqla məşğul olduq".

 

İndi Avstraliyada yaşayan nəhəng ailə birlikdə çox vaxt keçirir: eyni yemək yeyir və hətta eyni paltarda geyinir. Bundan əlavə, ailə üzvləri növbə ilə günün rəngini seçirlər.

 

"Biz ticarət mərkəzinə və ya buna bənzər bir yerlərə getdiyimiz zaman hamı bizə diqqət yetirir, lakin bu, fərqlənmək istədiyimiz üçün deyil, sadəcə içimizdən gəlir. Eyni paltarı seçməklə eyni ailəyə aid olduğumuzu göstəririk" - deyə Çela izah edir.

 

 

Cütlük sosial şəbəkələrdə ailə həyatlarını paylaşır və “YouTube”da həyatları haqqında video bloqlar hazırlayır. Xüsusilə, bu yaxınlarda ailə büdcəsinin bölüşdürülməsi barədə bloq paylaşıblar: hər ay ailə ərzaq məhsullarına 4000 dollara qədər pul xərcləyir.

 

Ailə üzvlərinin tam siyahısı

 

Orial, 15 yaş;

Chenna, 15 yaş;

Chelis, 14 yaş;

Çala, 13 yaş;

Orian, 11 yaş;

Orisen, 10 yaş;

Çanai, 8 yaş;

Çali, 6 yaş;

Chandell, 4 yaş;

Asrial, 2 yaş.

 

Mitç zarafatla soruşur: “Axırıncı uşağımızı dünyaya gətirəndə həkimlər soruşdular ki, sən dindarsan”?

 

Gələcəkdə avstraliyalılar daha bir uşaq dünyaya gətirməyə ümid edirlər. Onların fikrincə, bu çox şən və əyləncəlidir.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov qərar imzaladı

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib. Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb. ...

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...