Məşhur bloqqer beş il müddətinə həbs oluna bilər - Təfərrüatlar

Məşhur bloqqer beş il müddətinə həbs oluna bilər - Təfərrüatlar

37 yaşlı məşhur italyan bloqqer Chiara Ferragni beş il müddətinə həbs oluna bilər. 2023-cü ilin dekabrında Chiara Ferragni bir milyon avrodan çox cərimələnib. İndi o, məhkəmə qarşısına çıxacaq.
 

Sfera.az bildirir ki, sosial media ulduzu və iş qadını dələduzluqda şübhəli bilinir. O, məhdud sayda “Pandoro Milad” tortlarını satmaqla müştərilərini aldadıb.
 

Hələ 2023-cü ilin dekabrında İtaliyanın rəqabətə nəzarət orqanı AGCM Ferragnini bir milyon avrodan çox cərimələmişdi. Araşdırma zamanı məlum olub ki, insanlar bloqqerdən Pandoro alır və uşaq xəstəxanasına xeyriyyəçilik etdiklərini düşünürlər. Ancaq bunun bir aldatma olduğu ortaya çıxıb.
 

Pandoro məşhur panetton tortuna alternativdir. Chiara Ferragninin şirniyyatları 9 avroya, desert istehsalçısının adi qiymətindən iki dəfə baha satılıb.
 

AGCM həmçinin tort istehsalçısı “Balocco”nu 420 min avro cərimələyib. İstintaqın məlumatına görə, istehsalçı Pandoro Pink Christmas brendinin buraxılmasından bir neçə ay əvvəl xəstəxanaya birdəfəlik 50.000 avro ödəyib, ona görə də tort satışı xeyriyyə ianələrinə təsir etməyib.


Bu arada, istehlakçılar ağır xəstə uşaqların terapevtik müalicəsi üçün yeni cihaz almağa kömək etdiklərini düşünüblər.
 

Chiara Ferragninin tibb müəssisəsinə heç bir şəxsi ödəniş etmədiyi, şirkətlərinin isə “Balocco”dan bir milyon avro aldığı iddia edilir.
 

İş qadını hüquqi proseslə üzləşib. O, beş il müddətinə azadlıqdan məhrum edilə bilər. İlk iclasın 23 sentyabr 2025-ci il tarixinə keçirilməsi planlaşdırılır.

 

Chiara özü bütün bu ittihamları rədd edir.
 

"Özümü və ailəmi qorumaq üçün son aylarda susmağı seçdim" - deyə o, İnstaqram hekayələrində yazıb.
 

Bloqqer həmçinin qeyd edib ki, günahsız olduğunu sübut etmək üçün əlindən gələni edəcək.


Aynil 


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov qərar imzaladı

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib. Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb. ...

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...