Türkiyənin HƏMAS-a açıq dəstəyi hansı riskləri yarada bilər? - ŞƏRH

Türkiyənin HƏMAS-a açıq dəstəyi hansı riskləri yarada bilər? - ŞƏRH

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərvişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Prezident sarayında görüşüb. Qəbulda Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalın da iştirak edib.  

 

Maraqlıdır, bu görüşün İsrail-Fələstin münaqişəsinə hansı təsirləri olacaq? Ümumiyyətlə, Türkiyə HƏMAS-a açıq dəstək nümayiş etdirməklə hansı riskləri üzərinə götürür?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq İlyas Hüseynov deyib ki, Türkiyə hər zaman İsrail-HƏMAS münaqişəsində fələstinlilərin tərəfini tutmağa dair açıqlamalar verib:

 

“Baxmayaraq ki, İsrail dövlətinin dünyadakı gücü hər kəsə bəllidir, Türkiyə dünya müsəlmanlarının tərəfini tutmaq istiqamətində açıq fikirlərini bildirib. Bu da şübhəsiz ki, müsəlman dünyasında hər zaman müsbət qarşılanıb.  Eyni zamanda xüsusilə qeyd etmək lazımdır ki, Suriyada hakimiyyət dəyişikliyindən sonra Türkiyə burada öz maraqlarını möhkəmləndirib. Lakin İsrail də Qolan yüksəkliklərindən daha da irəliyə gedərək müəyyən mövqeləri formalaşdırıb və bunun adını bufer zona qoyub. Şübhəsiz ki, bu, Ankaranın maraqlarına ziddir. Suriyanın ərazi bütövlüyü konteksində məsələnin həllini görən Türkiyə tərəfi mövcud vəziyyəti qəbul etmək istəmir”.

 

Müsahibimiz qeyd etdi ki, Türkiyə və İsrail Suriya ərazisində müharibə aparmaq niyyətində də deyil:

 

“Hər iki dövlət müəyyən mənada Qərb koalisiyasını təşkil edir – Türkiyənin NATO-da üzvlüyü, İsrailin əsas strateji, siyasi, hərbi müttəfiqinin ABŞ olması tərəflər arasında sülhü formalaşdırmaq üçün əsas amil kimi qiymətləndirilir. Lakin mövcud vəziyyət də Ankara tərəfindən qəbul olunmur. Bu xüsusda HƏMAS-a göstərilən siyasi dəstək müəyyən mənada İsrailə qarşı yönəlib. Bu həm də açıq dəstəyin ifadə olunmasını özündə əks etdirir. Hesab edirəm ki, xüsusilə Türkiyənin əsas qərarvericilərinin bu görüşdə iştirak etməsi hər kəs üçün bir siqnal olmalıdır. Həmçinin İsrail tərəfi də bütün baş verən proseslərlə bağlı öz ölçüsünü götürməli və buna uyğun Yaxın Şərq bölgəsində təhlükəsizlik formalaşdırılmalıdır”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...

Renka oğlu ilə bağlı suala əsəbiləşdi - efirdən GETDİ - VİDEO

Rəqqasə Rəna Ağamuradova ( Renka ) efirlərin birində qonaq olub.   Sfera.az xəbər verir ki, o, verilişdə əsəbiləşib özündən çıxıb.   ...