Vaşinqton yaxınlığında qəzaya uğrayan təyyarənin “qara qutu”su tapılıb

Dünya
13:16 / 30.01.2025
7388
Ehtimal edilir ki, dalğıclar qrupu Vaşinqton yaxınlığında qəzaya uğrayan təyyarənin “qara qutu”sunu tapıblar.
Sfera.az bildirir ki, bu barədə "CBS News telekanalı" məlumat yayıb.
Qeyd edək ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus helikopterlə toqquşub.